Əvvəlki üç ticarət sessiyası ərzində orta hesabla 3%-lik artımdan sonra neft qiymətləri korreksiya səbəbindən aşağı düşür.
Gundemxeber.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 8.20-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,13% ucuzlaşaraq, 1 bareli 71,22 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,07% azalaraq, 1 bareli 68,76 dollar təşkil edib.
Xammala görə qiymət azalmasının qarşısını ABŞ-ın Energetika Nazirliyinin statistik məlumatları saxlayır. İnvestorlar 28 may tarixinədək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatlarının 1%, yaxud 5,1 milyon barel azalaraq, 479,3 milyon barelə düşməsi ilə bağlı statistik məlumatları qiymətləndirirlər. Bu, ehtiyatların 8 milyon barel azaldığı aprelin sonlarından bu yana ən kəskin azalma ola bilər. Analitiklər ehtiyatların cəmi 2,4 milyon barel azalacağını güman edirdilər. Bundan başqa, ölkədə neftin strateji ehtiyatları 0,6 milyon barel, yaxud 0,1% azalaraq, 627,8 milyon barelə düşüb.
Bu fonda OPEK+ alyansının tədricən neft hasilatını artıracağı ilə bağlı gözləntilər var.
"Qazprom neft" şirkətinin baş direktoru Aleksandr Dyukov dünən bildirib ki, iyulda belə bir qərarın qəbul edilməsi mümkündür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?