GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ötən il Azərbaycana yatırılan birbaşa xarici investisiyalar 66% azalıb

Ötən il Azərbaycana yatırılan birbaşa xarici investisiyalar 66% azalıb

Tarix: 29-06-2021, 14:23 Bölmə :İqtisadiyyat Baxış: 772
Ötən il Azərbaycana yatırılan birbaşa xarici investisiyalar 66% azalıb


Qlobal investisiyaların həcmində 35 faizə yaxın azalma

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) "Dünya İnvestisiya Hesabatı – 2021" (World Investment Report – 2021) adlı hesabatını yayımlayıb. Hesabatda COVID-19 pandemiyasının birbaşa xarici investisiyalara da ciddi təsiri qeyd edilib. Bu üzdən, ötən il dünyada qeydə alınan birbaşa xarici investisiyaların məbləği əvvəlki illə müqayisədə 35 faizədək azalıb. 2019-cu ildə dünyada investisiya məbləği 1.5 trilyon dollar idisə, ötən il bu rəqəm 1 trilyon dolların altına enib. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri qeydə alınan ən aşağı göstəricidir.

Hesabatda qlobal investisiyaların azalması iki əsas səbəbə bağlanır. Bunlardan ilki bütün dünyada iqtisadi fəaliyyətə tətbiq edilən məhdudiyyətlərin iqtisadi fəaliyyəti zəiflətməsidir. Nəticədə şirkətlər xərclərini yenidən gözdən keçirməyə məcbur qaldıqlarından mövcud investisiya layihələrini də yenidən qiymətləndirməli olublar. Digər tərəfdən, iqtisadi fəaliyyətin gələcək baxımından bəlirsizliyi yeni investisiya qərarlarına təsir göstərən amil sayılıb.Zəngin ölkələrə yatırılan investisiyalar daha çox azalıb

Qlobal investisiyalarla bağlı daha bir diqqətçəkən məqam gəlişmiş ölkələrdəki azalmanın gəlişən iqtisadiyyatlarla müqayisədə daha böyük miqyasda olmasıdır. Hesabatda qeyd edilir ki, inkişaf etmiş ölkələrə yatırılan birbaşa xarici investisiyaların həcmi ötən il 2019-cu illə müqayisədə 58 faiz azalıb. İnkişaf etməkdə olan ölkələrdə isə bu azalmanın səviyyəsi cəmi 8 faizdir. İnkişaf etməkdə olan ölkələrdə azalmanın nisbətən aşağı olması özəlliklə bəzi Asiya ölkələrinə yatırılan investisiyaların artmasından qaynaqlanır.

Birbaşa xarici investisiyaların həcmində ən çox azalma qeydə alınan regionlardan biri Avropadır. Burada il ərzində birbaşa xarici investisiyaların məbləği təxminən 80 faizə yaxın azalaraq 72.5 milyard dollar olub.İngiltərədə də xarici investisiyalar yarıdan çox azalaraq 45.4 milyard dollardan 19.7 milyard dollara geriləyib. Digər regionlardan Şimali Amerikada azalmanın həcmi 42 faizə, Latın Amerikasında 45 faizə, Afrikada 16 faizə bərabər olub.

Ancaq pandemiya ilində qlobal birbaşa xarici investisiyaların həcmində artım qeydə alınan ölkələr də yox deyil. Özəlliklə ABŞ-dan sonra dünyanın ən böyük ikinci iqtisadiyyatı sayılan Çindəki artım diqqət çəkir. Pandemiyanın çıxış nöqtəsi hesab edilən ölkədə ötən il xarici birbaşa investisiyaların məbləğində 6 faiz artım qeydə alınıb. Çinə yatırılan birbaşa investisiyaların toplam məbləği 149.3 milyard dollara yüksəlib. Digər Asiya ölkəsi Hindistanda da investisiyaların həcmi təxminən 25 faiz artıb və 51 milyard dollardan 64 milyard dollara yüksəlib.

Azərbaycanda durum necədir?

UNCTAD-ın hesabatından aydın olur ki, ötən il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmində də ciddi azalma baş verib. 2019-cu ildə ölkəyə 1 milyard 504 milyon dollar xarici investisiya yatırılmışdısa, ötən il bu rəqəm cəmi 507 milyon dollar olub. Bu, bir il içində 66 faiz azalma deməkdir və dünya ortalamasından təxminən iki dəfə yüksək göstəricidir.Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiya məbləğində də ciddi azalma baş verib. Xarici ölkələrə 2019-cu ildə 2 milyard 432 milyon dollar, 2020-ci ildə isə 825 milyon dollar investisiya yatırılıb. Bununla belə, Azərbaycan xarici ölkələrə yatırdığı investisiya həcminə görə keçid ölkələri arasında Rusiyadan sonra (6.3 milyard dollar) ikinci ölkə olub. Qurum "keçid ölkələri" bölgüsünə keçmiş Baltikboyu ölkələr istisna olmaqla, sovet respublikalarını, eləcə də Serbiya, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina və Monteneqronu aid edir.

Hesabatda açıqlanan daha bir göstərici ölkə rezidentlərinin xaricdəki kapitalının və xaricdəki müəssisələrə xalis kreditlərinin həcmi ilə bağlıdır. Bu rəqəmlərdən aydın olur ki, hazırda xaricdə Azərbaycana məxsus kapitalın həcmi 26 milyard 825 milyon dollar həcmindədir. 2019-cu ildə bu göstərici 26 milyard 127 milyon dollar idi. Deməli, ötən il boyunca Azərbaycanın xarici ölkələrdəki kapitalının həcmi 700 milyon dollara yaxın artıb.

Xarici ölkə rezidentlərinin Azərbaycandakı kapital və xalis kreditlərin miqdarı isə 2020-ci ildə 32 milyard 787 milyon dollar olub. Bir əvvəlki il həmin göstərici 32 milyard 300 milyon dollar həcmində idi. Yəni, ötən il Azərbaycandakı toplam xarici kapitalın həcmi cəmi 487 milyon dollar artıb.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana göndərilən pullar azalıb

    Azərbaycana göndərilən pullar azalıb ...

    24-02-2016, 15:50

  • 
  • Ermənistan xarici borc tələsinə düşüb

    Ermənistan xarici borc tələsinə düşüb ...

    7-10-2020, 12:05

  • 
  • Dünya iqtisadiyyatı pandemiyaya görə -7 trilyon dollar itirəcək

    Dünya iqtisadiyyatı pandemiyaya görə -7 trilyon ...

    17-09-2020, 16:19

  • 
  • Gələn il orta aylıq əməkhaqqı 549 manat olacaq

    Gələn il orta aylıq əməkhaqqı 549 manat olacaq ...

    25-10-2017, 12:46

  • 
  • Sahibkarlar hansı "yük"dən azad edilirlər?

    Sahibkarlar hansı "yük"dən azad ...

    19-01-2016, 15:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu