Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4 min ton avtomobil benzini idxal edib.
Bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.
Məlumata görə, bu, iyun ayında idxal edilən avtomobil benzinin həcmləri ilə müqayisədə 0,1 min ton və ya 2,6 % çoxdur. Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzinin bütün həcmləri Litvadan gətirilib.
Ümumilikdə bu ilin iyul ayı ərzində Ukrayna bazarına 109,1 min ton avtomobil benzini idxal edilib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə təxminən eynidir. 2020-ci ilin iyul ayına olan göstərici 108,8 min təşkil edib.
Belə ki, iyul ayında Ukraynaya idxal edilən avtomobil yanacağının 69,5 min ton həcmi Belarusdan tədarük edilib. Bu da 2020-ci ilin iyul ayının göstəriciləri ilə müqayisədə 22 % azdır. Bu ilin iyun ayı ilə müqayisədə isə Belarusdan idxal edilən avtomobil benzinin həcmi 60 % artıb.
Ötən ay Litvadan Ukraynaya 29,6 min ton avtomobil yanacağı idxal edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 10 min ton və ya 51 % çoxdur.
Bundan başqa, bu ilin iyul ayında Ukraynaya Rumıniyadan 9,9 min ton avtomobil benzini idxal edilib. Bu həcmlərin 8,1 min tonu dənizlə, 1,8 min tonu isə dəmir yolu nəqliyyatı ilə ölkəyə gətirilib.
Bu ilin yanvar-iyul aylarında isə ümumilikdə Ukraynaya 676,3 min ton avtomobil benzini idxal edilib ki, bu da ötən ilin 7 ayının göstəriciləri ilə müqayisədə 14 % çoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?