GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Benzinin litri 80 qəpik, qazın min kubmetri 150 manat olacaq - (Yenilənib)

Benzinin litri 80 qəpik, qazın min kubmetri 150 manat olacaq - (Yenilənib)

Tarix: 5-11-2013, 20:55 Bölmə :İqtisadiyyat Baxış: 1 171
  Benzinin litri 80 qəpik, qazın min kubmetri 150 manat olacaq - (Yenilənib)
Hökumət yeni “şok terapiyası”na hazırlaşır, ölkəni bahalaşma dalğası bürüyəcək
Musavat.com-un virtualaz.org saytına istinadən verdiyi xəbərə görə, gələn ildən bütün növ kommunal xidmət tariflərinin və enerjidaşıyıcılarının qiymətlərinin kəskin artırılacağına dair iqtisadçı-ekspertlərin təxminləri özünü doğruldub.

Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitəsində 2014-ci il üçün dövlət büdcəsinə dair müzakirələr zamanı təsdiq edib ki, kommunal xərclərin bahalaşması barədə qərar artıq verilib. Onun sözlərinə görə, artım təşəbbüskarları “Azərenerji”, “Azərsu” və “Azəriqaz”dır.

“Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əməkhaqqı və başqa artım üçün tariflər dəyişməlidir” - deyə nazir bildirib.

Bu, hökumətin ölkədə yeni “şok terapiyasına” hazırlaşdığını göstərir və artıq şübhə yoxdur ki, gələn il ölkədə kəskin inflyasiya, bütün növ xidmətlərin, malların, daşımaların və s. qiymətlərinin artımı ili olacaq. Belə ki, gələn ildən bahalaşan təkcə elektrik, su və qaz olmayacaq. Həmçinin benzin və dizel yanacağının, sürtkü yağlarının da qiymətlərinin kəskin artımı barədə yuxarılarda qərar artıq verilib.

Qeyd edək ki, enerjidaşıyıcılarının və kommunal tariflərin artırılacağı gələn il üçün dövlət büdcəsinin xərclər hissəsində aydın görünür. Hökumət büdcə təşkilatlarına kommunal xərclərin və yanacaq-sürtkü materiallarının haqqının ödənilməsi üçün 2013-cü ilə nisbətən 85 faizə yaxın çox vəsait - 641 milyon manat yönəlməyi nəzərdə tutub.

Büdcə layihəsindən məlum olurdu ki, yanacaq-sürtkü matreriallarının alınması üçün büdcə təşkilatlarına ayrılan vəsait 39,5 faiz çox, elektrik enerjisi xərcləri 25,5 faiz, təbii qaz xərcləri 18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz artacaq.

Bir sözlə, gələn il üçün büdcə təşkilatlarına bütün növ tariflər üzrə xərcləri ödəmək üçün 20 faizdən 40 faizə qədər artıq vəsait nəzərdə tutulur.

Büdcədə yer alan bu xərc artımı faizlərindən çıxış edərək Tarif Şurasının gələn ildən enerjidaşıyıcılarını və kommunal tarifləri nə qədər artıracağını təxmin etmək olar. Bu təxmini hesablamara görə, gələn ildən Aİ-92 markalı benzinin bir litri 55 qəpikdən 80 qəpiyə, Aİ-95 markalı benzinin bir litri isə 90 qəpiyə qaldırılacaq.

Əhaliyə satılan təbii qazın min kubmetri 100 manatdan 130-150 manata, elektrik enerjisinin 1 kilovattı 6 qəpikdən 10 qəpiyə, suyun min kubmetri 60 qəpiyə qədər artırılacaq.

Bəs hökumətin bu cür kəskin bahalaşmaya getməsinin səbəbləri nədir? Bu bahalaşmanın ölkə iqtisadiyyatına təsiri və onun nəticələri nəzərə alınıbmı?

Hökumətin “şok terapiyası”na getməsinin əsas səbəblərindən biri kimi neft gəlirlərinin kəskin azalmağa doğru getməsi göstərilir. Bütün səylərə baxmayaraq “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda BP-nin başçılıq etdiyi konsorsium tərəfindən hasilatın aşağı düşməsinin qarşısını almaq hələ ki, mümkün olmayıb. Əsas səbəb ehtiyatların azalmağa doğru getməsidir.

Doğrudur, Azərbaycan yaxın gələcəkdə iri qaz ixracatçısına çevriləcək. Lakin qazdan gəlirlərin büdcəyə daxil olmasını hələ bir qədər gözləmək lazımdır. Ona görə də hökumət 2014-cü ilin büdcəsində müstəqillikdən bu yana ilk dəfə xərcləri azaldıb. Büdcə gəlirləri üçün proqnozlar 1 milyard dollar aşağı salınıb. Dövlət Neft Fondundan büdcəyə transferlər 2 milyard, fondun özünün investisiya xərcləri isə 4 milyard dollar azaldılıb. Əvəzində qeyri-neft sektorunun vergi yükü 1 milyard dollar artırılıb. Üstəlik gələn ilin büdcəsi əmək haqlarının və pensiyaların artırılacağına dəlalət etmir.

Belə görünür ki, hökumət bu cür radikal və qeyri-populyar addıma getməklə iqtisadiyyatın neftdən asılılığını nəhayət azaltmağı nəzərdə tutur. 2014-ci ilin büdcəsində də gəlirlərin təxminən yarısı Dövlət Neft Fondundan transferlərin payına düşür. Bu, iqtisadiyyatın hələ də neftdən güclü asılılığından xəbər verir.

Prezident İlham Əliyev hökumət qarşısında belə vəzifə müəyyən edib ki, 2010-ci ilə qədər ümumi daxili məhsul (ÜDM) iki dəfə artırılmalıdır. Prezident çıxışlarında dəfələrlə bildirib ki, iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək hökumətin əsas məqsədidir.

İqtisadi nəzəriyyədən məlumdur ki, kəskin inflyasiya ÜDM artımına ciddi təsir edir. Deməli, hökumətin hesablamalarına görə, gələn ildən etibarən ölkədə inflyasiyanın artması ÜDM artımına da təkan verəcək. Bununla da iqtisadiyyatı daha iki dəfə böyütmək hədəfinə çatmaq mümkün olacaq.

Bəs hökumətdə enerjidaşıyıcılarının və kommunal tariflərin total artımının, bu artımın təbii nəticəsi olaraq bütün növ mal və xidmətlərin bahalaşmasının əhalinin aztəminatlı hissəsinin büdcəsinə təsirini nəzərə alırmı?

Rəsmi rəqəmlərə əsasən ölkədə yoxsulluğun səviyyəsi 5 faizə enib. Əhalinin pul gəlirləri, banklardakı əmanətləri ildən-ilə artır. Deməli, hökumətdə hesab edirlər ki, qazı, suyu, benzini və digərlərini bahalaşdırmağın əsl vaxtıdır.



* * *

İlin sonunda kommunal xidmət tariflərinin artacağına şübhə yoxdur.

2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman maliyyə naziri Samir Şərifov deyib ki, kommunal xidmət tariflərinin artması təbiidir, amma dəqiq vaxt deməyib və bunun Tarif Şurasının səlahiyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, artım təşəbbüskarları "Azərenerji", "Azərsu" və "Azəriqaz"dır. «Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əmək haqqı və başqa artım üçün tariflər dəyişməlidir", - deyə o bildirib.

Sonuncu dəfə elektrik enerjisi və kommunal xidmət tarifləri 2007-ci ilin dekabrında artırılıb. Eyni zamanda ictimai nəqliyyatda gediş haqları 2, metroda gediş haqqı 4 dəfə bahalanıb
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaz, işıq, su da bahalaşacaq!!!

    Qaz, işıq, su da bahalaşacaq!!! ...

    3-12-2013, 14:34

  • 
  • “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq”

    “Kommunal xidmətlərdə qiymət artımı mütləq olacaq” ...

    11-01-2014, 11:34

  • 
  • Hökumətin daha bir üzvü “bahalaşma olacaq” dedi

    Hökumətin daha bir üzvü “bahalaşma olacaq” dedi ...

    20-11-2013, 12:45

  • 
  • Tarif Şurası sabah bahalaşma qərarı verəcək!

    Tarif Şurası sabah bahalaşma qərarı verəcək! ...

    5-01-2014, 23:33

  • 
  • Tarif Şurası: Kommunal haqların artırılması məsələsi gündəmdə deyil

    Tarif Şurası: Kommunal haqların artırılması ...

    6-11-2013, 11:40


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu