GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İcra başçılarının SEVİMLİ TENDER ORTAĞI… – İLGİNC FAKTLAR

İcra başçılarının SEVİMLİ TENDER ORTAĞI… – İLGİNC FAKTLAR

Tarix: 27-10-2021, 13:34 Bölmə :İqtisadiyyat Baxış: 623


Son aylar dövrü mətbuatda dövlət satınalmaları yolu ilə atrılan vəsaitlərin təyinatından kənarlaşdırılması ilə bağlı kifayət qədər ciddi ittihamlar səslənməkdidir. Xüsusilə də yaşlı insanların adına dövlət qeydiyyatına alınmış,əslində isə kimlər tərəfindən idarə olunduğu bilinməyən şirkətlərin yaratdığı borca görə vergi orqanları tərəfindən göndərilən məktublar barədə də məlumatlar da çoxalıb. Yəni bunun bir növ kütləvi hal olduğu artıq üzə çıxmaqdadır.
Apardığımız araşdırmalarda tender yolu ilə milyonlarla manat dövlət sifarişi alan 5-10 manat nizamnamə kapitalına malık MMC-lər mövzusuna dəfələrlə toxunub. Belə MMC-lər yüzlərlə,bəlkə də minlərlədir. Onlardan birinin, “Tikinti Təmir RR” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti barədə bir müddət əvvəl məlumat vermişdik. Bu mövzuya niyə bir daha qayıtdıq? Əvvəlcə MMC -nin yaranması və gördüyü işlərə diqqət yetirək.
Gundemxeber.az dia.az-a  istinadla bildirir ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ TƏMİR RR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 14.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şabran rayonu Bor-Bor kəndi, qanuni təmsilçisinin isə Əmrahov Hüseyin Nurəddin oğlu olduğu göstərilir.
Qeyd edək ki,2019-cu ilin avqustunda mətbuatda yer alan məlumatlara görə Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin dövlət reyestrində MMC-nin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımov kimi göstərilib.
Cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC 09.08.2019-cu il tarixdə “Azərişıq” ASC tərəfindən keçirilmiş, Abşeron rayonu ərazisində torpaq sahələrinin suvarma sisteminin və Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində yerləşən aqroparkın xarici elektrik təchizatı işləri üzrə 1 549 306.76 manat, 10.07.2019-cu il tarixdə Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması üzrə 316 800 manat, 15.04.2019-cu il tarixdə Qusar rayon İcra Hakimiyyəti başçısı aparatının Qusar şəhər yollarının əsaslı təmir işlərini aparılması üzrə 434 479.95 manat məbləğində tenderlərin qalibi olub. Amma dövlətdən aldığı sifarişlərə rəğmən,dövlətə olan vergiləri ödəməyib.
İndi gəlin müəyyən edək görək MMC ayrılan vəsaitləri necə xərcləyib ki vergi ödənilməyib. Təbii ki,vergiyə verilməyən pullar mənimsənilən pullardır. Həmin pulları MMC rəhbərləyi kimlərlə bölüşüb. 2015-ci ildən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini, 04.09.2018-ci ildən 7 yanvar 2020-ci il ASC sədrinin səlahiyyətlərini icra etmiş Vüqar Əhmədovla. 28 avqust 2018-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olan Niyazi Bayramovla. 18.12.2007-ci il tarixindən Qusar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Şair Alxasovla. 5 aprel 2019-cu il tarixdən Siyəzən rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Novruz Novruzovla. İndi burada kim daha çox “pay” götürüb bəlli deyil. Bəlli olan odur ki, MMC bu qədər borcla hələ də fəaliyyət göstərir və buna gözün üstündə, qaşın var deyən yoxdur.
Qeyd edək ki,2019-cu ilin yanvarında dövlət qeydiyyatına alınmış MMC apreldə Qusar rayon İcra Hakimiyyəti başçısının sifarışi əsasında Qusar şəhər yollarının əsaslı təmir işlərini aparıb.Dövlət satınalmalarının rəsmi portalında cəmi 3 tenderdə iştirak etdiyi göstərilən, 2 300 586 manat dəyərində dövlət sifarişi almış MMC-nin birinci məqalə dərc olunduğu günə,yəni 07.06.21-ci il tarixə 828 317.44 manat vergi borcu olduğu göstərilir. Maraqlı burasıdır ki, hazırki məlumata görə 830 357.72 manat göstərilir. Yəni MMC-nin borcu 15 günə 2040.28 manat artıb.
MMC-nin dövlətə olan vergi borcu onu göstərir ki, kifayət qədər iri məbləğli satınalmalarda iştirak edib. Lakin onların böyük əksəriyyəti ictimaiyyətdən gizlədilib. Məsələn 12.04 2019-cu ildə Siyəzən rayon İHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinin “Yolların əsaslı təmiri”, “Şəhərin abadlaşdırılması” və “Mənzil fondunun əsaslı təmiri” işlərinin satınalınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində “Tikinti Təmir RR” MMC qalib elan olunmuş və müvafiq satınalma müqavilələri bağlanmışdır. Amma ayrılmış vəsait barədə heç bir məlumat göstərilməmişdir.
Bundan başqa Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə şəhərində məktəbəqədər təhsil müəssisələrində istilik sistemlərinin quraşdırılması işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə “Tikinti Təmir RR” MMC qalib şirkət elan olunmuş və həmin MMC ilə 2019-cu il iyulun 3-də satınalma müqaviləsi bağlanılmışdır. Lakin ayrılmış vəsait barədə heç bir məlumat verilməmişdir.
Bəlli olan odur ki,MMC-nin qalibi olduğu bir çox tenderlərdə müqavilələr formal olaraq bağlanmış, satınalmaların vahid portalına yerləşdirməmişdir. Bir növ gizlin həyata keçirilmişdir ki,nəticədə vergiyə ödəniləcək pullar mənimsənilmişdir. Maraqlıdır bu MMC-kimə və yaxud kimlərə məxsusdur. Sıradan bir nəfər,Şabran rayonu Bor-Bor kənd sakini olan, yəni MMC-nin qanuni təmsilçiləri kimi göstərilən Qasımov Samir Ələmdar oğlu da, Əmrahov Hüseyin Nurəddin oğlu da belə bir ağır yükün altına girə bilməzlər. Bəs onda dövləti talayan,1 milyon manata yaxın vergi borcu yaradan bu MMC-nin arxasında kimlər dayanır. Bir kənd sakininə bu qədər vergi borcu yaratmağa İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti imkan verərdimi? Bu təbii ki, rayonlarda sifarişlərini həyata keçirən İcra başçılarına aid bir məsələdir.Yəni onların arxasında duran bir nəfərdir. Qusardan Bakıya,Siyəzəndən Gəncəyə bir kənd sakininə kim sifarişlər verə bilər? Ancaq daha yüksək vəzifəli şəxslər. Bu MMC-ni Bakıdan kimlər edir? Aydınlıq gətirilməsi vergi və hüquq mühafizə orqanlarının üzərinə düşür.
Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlətə 800 min manat vergi borcu olan MMC kimə məxsusdur? - İLGİNC FAKTLAR

    Dövlətə 800 min manat vergi borcu olan MMC kimə ...

    7-06-2021, 13:01

  • 
  • Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR

    Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC ...

    10-01-2021, 11:44

  • 
  • Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC

    Naftalan icra hakimiyyətinin öz balaca dünyası ...

    25-12-2020, 12:11

  • 
  • Təhsil Nazirliyinin “sevimli” şirkəti - İcazə verin, şübhələnək...

    Təhsil Nazirliyinin “sevimli” şirkəti - İcazə ...

    8-09-2020, 12:12

  • 
  • Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?

    Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə ...

    1-09-2020, 21:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu