GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?

Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?

Tarix: 1-09-2020, 21:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 903
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?


Qusar rayon İcra Hakimiyyətinin başçıs Şair Alxasov da indiyə qədər barəsində olunan şikayətləri ustalıqla gizlədə bilənlərdəndir

Milyonlarla dövlət vəsaitini mənimsəmək hesabına var dövlət sahibi olan digər başçı həmkarlarından heç də geri qalmayan Şair Alxasovun da sözügedən rayonda qanunsuz yollarla əldə etdiyi mal,mülk barədə məlumatlar dolaşmaqdadır.Tikinti biznesindən birbaşa İcra Hakimiyyəti sitemində rəhbərliyə keçmiş Şair Alxasov məlum olduğu kimi artıq on üçüncü ildir ki,Qusar rayonuna başçılıq edir.Bu müddət ərzində rayonu bir biznesmen kimi idarə etmiş Şair Alxasovun yol verdiyi qanunsuzluqların nə qədəri gizlədilib,bizlərə bəlli deyil.Amma son aylarda üzə çıxan bəzi məsələlər Şair Alxasovun da heç də az qanunsuzluqlara yol vermədiyini göstərir. Mediada yer alan məlumatlara əsasən cumhuriyyet.az Qusar rayon İcra Hakimiyyəti tərəfindən elə son bir neçə ayda keçirilmiş tender prosedurlarında yol verilmiş bəzi nöqsanları araşdırıb.Bu ictimai nəzarət artdıqdan sonra tenderlərdə yol verilmiş qanunsuzluqların bir qismidir.İndi təsəvvür edin bir neçə il əvvəl Şair Alxasovun rəhbərlik etdiyi İcra Hakimiyyəti nə qədər belə qanunsuzluqlara yol verib.
Qeyd edək ki,Qusar rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən elan olunmuş tender prosedurlarına yekun vurulub və 13.08.2020-ci il tarixdə inventarların satın alınması üzrə 23245 manat,maşın və avadanlıqların satın alınması üzrə 5110 manat dəyərində və minik avtomobillərinə ehtiyyat hissələrinin satın alınması üzrə 6503 manat dəyərində satınalma müqavilələrini “Raul-2018” MMC ilə bağlayıb. Əsaslı təmir işlərinin satın alınması üzrə isə 24567.6 manat dəyərində müqavilə “Aysu-2012″MMC ilə bağlanıb. İcra Hakimiyyətinin 05.08.2020-ci il tarixdə dəftərxana və təsərrüfat malların satın alınması üzrə 5932.05 manat dəyərində müqavilə də “Raul-2018” MMC ilə bağlanılıb. 07.08.2020-ci il tarixdə şəhər yollarının əsaslı təmiri üzrə 539 097.75 manat dəyərində müqavilə “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb. Qusar rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyinin abadlaşdərma iş və xidmətlər üzrə 588654.33 manat dəyərində müqavilə də “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Qeyd edək ki,Qusar rayon İcra Hakimiyyəti başçısının aparatının qalib elan etdiyi “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyət cəmi bir il yarım olar ki,yaranıb. Belə ki, cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara əsasən bildiriur ki, cari ilin may ayından başlayaraq respublikanın şimal bölgəsində Siyəzən və Şabran rayonlarında küçə yollarının əsaslı təmiri,abadlıq işlərinin görülməsi,işıqlandırma işləri,mənzil fondunun əsaslı təmiri işləri kimi 8 tenderin qalibi olub.Maraqlıdır cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılmış sözügedən MMC-nin maddi texniki bazası eyni anda bir neçə rayonda müxtəlif işlər görməyə imkan verirmi?Qusar rayon İcra Hakimiyyətinin Tender Komissiyası bu MMC-nin maddi-texniki bazası barədə bizə nə kimi məlumat verə bilər?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EVEREST TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 8 saylı Ərazi Vergilər İdarəsində 11.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Beyləqan rayonu,Beyləqan şəhəri, Əzizbəyov ev 28,qanuni təmsilçisinin isə Abdulov Zəfər Yusif oğlunun olduğu göstərilir. Sözügedən MMC-nin iyunun 25 də tutduğu vəzifədən azad edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin keçmiş rəisi Zəfər Abdulova məxsus oldiğu bildirilir. Qusar rayon İcra Hakimiyyətinin tenderlərin qalibi elan edərək müqavilələr bağladığı digər MMC-lərə diqqət yetirək.Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RAUL-2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 05.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Turanə Arzuman qızının olduğu göstərilir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AYSU-2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 10.05.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Günel Arzuman qızının olduğu göstərilir. Qeyd edək ki, media üzərindən apardığımız araşdırmalar nətizəsində 1983-cü il təvəllüdlü Tahirova Günel Arzuman qızının qanuni təmsilçisi olduğu “LUAR” Məhdud Məsuliyyətli Cəmiyyəti 19.07.2019-cu ildən 08.08.2019-cu il tarixlərdə Qusar rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən elan olunmuş inventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin satın alınması üzrə ümumi dəyəri 56 714 manat olan 4 tenderin də qalibi olması məlum oldu.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LUAR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 saylı Ərazi Vergilər İdarəsində 05.12.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Quba rayonu,Quba şəhəri məhəllə 32/33, qanuni təmsilçisinin isə Tahirova Günel Arzuman qızının olduğu göstərilir.

Qusar rayon İcra Hakimiyyətinin daim iş gördüyü Quba rayonundan olun iki bacıya məxsus bu MMC-lər kimlər tərəfindən idarə olunur?

İnventarların satın alınması,maşın və avadanlıqların satın alınması,minik avtomobillərin ehtiyyat hissələrinin satın alınması,əsaslı təmiri işlərinin aparılması kimi işləri bu qadınlar necə həyata keçirirlər?

Ümumiyyətlə,görəsən bu qadınlar minik avtomobillərinin hər hansı bir ehtiyyat hissəsini tanıyırlarmı?

Yoxsa bu Şair Alxasovun iz azdırmaq üçün formal olaraq yaratdığı MMC-lərdir ki,öz adamları tərəfindən idarə olunur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qusarın icra başçısı yola salınır... - Daha 3 rayonun başçısı ilə bağlı da qərar hazırdır...

    Qusarın icra başçısı yola salınır... - Daha 3 ...

    31-08-2020, 12:12

  • 
  • Qusarın icra başçısı canını çox istəyirmiş... - "GİZLƏNİB" iddiası...

    Qusarın icra başçısı canını çox istəyirmiş... - ...

    3-06-2020, 11:28

  • 
  • Qusar sakinləri başçıdan narazılıq edirlər -MÜRACİƏT

    Qusar sakinləri başçıdan narazılıq edirlər ...

    27-05-2020, 13:03

  • 
  • 13 ildə bircə yaxşı işi olmayıb... - Qusarlılar müraciət yaydı...

    13 ildə bircə yaxşı işi olmayıb... - Qusarlılar ...

    28-08-2020, 14:20

  • 
  • Qusarın icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq – Gözlənti…

    Qusarın icra başçısı tezliklə kreslosu ilə ...

    26-10-2016, 22:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu