GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İnhisarçılıq, idxaldan asılılıq, bahalaşma – Arzuolunmaz prosesi dayandırın

İnhisarçılıq, idxaldan asılılıq, bahalaşma – Arzuolunmaz prosesi dayandırın

Tarix: 24-11-2021, 14:14 Bölmə :İqtisadiyyat Baxış: 442

AİB sədri: “Ölkədə biznes qurmaq üçün münbit şərait yoxdur, hökumətin istehlakçılarla bağlı siyasəti bərbad vəziyyətdədir”

İqtisadçı alim: “Qarşıda qiymətlər yenidən artacaq və əhalinin sosial durumu daha da ağırlaşacaq”

Ölkənin aparıcı qida şirkətləri aztəminatlı ailələrin gündəlik istehlak etdiyi məhsulların qiymətlərini kəskin artırıb. Xüsusən, makaron, qarabaşaq, bulqur, şəkər, çay, yağ və s. məhsulların qiymətlərində xüsusi artım var.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu sosial media hesabında bununla bağlı paylaşım edib. Qeyd edib ki, “Azərsun” bəzi mallarının - dənli və paxlalı əmtəələrin, noxudun, qarabaşaq yarmasının, bulqurun və başqalarının qiymətini 33 faizdən 40 faizə qədər qaldırıb, 1 nömrəli çörək zavodu çörək və un məmulatlarının qiymətlərini 5-10 qəpik arası bahalaşdırıb.

Qeyd edək ki, təkcə “Azərsun” deyil, “Veysəloğlu”, “Avrora” və digər aparıcı qida şirkətləri də kəskin qiymət artımlarına start verib. Onların idxal və istehsal etdiyi məhsulların qiyməti 30-40 faiz civarında artıb. İddialara görə, bununla kifayətlənməyən adıçəkilən şirkətlər qarşıdakı aylarda növbəti qiymət artımlarına hazırlaşır. Bununla bağlı məlumat həmin şirkətlərdə çalışan işçilər tərəfindən daxil olub. Şirkət təmsilçiləri deyirlər ki, ilin əvvəlindən qiymətlərdə yenidən bahalaşma olacağı ilə bağlı onlara məlumat verilib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov xatırladıb ki, Azərbaycanda bir dəfə yüksələn qiymət bir daha enmir: “Burada obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblər dünya bazarında ərzağa olan tələbatın artması və nəticə etibarilə qiymətlərin bahalaşmasıdır. Əslində, təkcə bu xüsusda qiymətlərdə artım olsaydı, buna təbii yanaşmaq olardı. Lakin bir məsələ var ki, Azərbaycan bazarı dünya bazarına inteqrasiya oluna bilməyib. Nə qədər acı olsa da, biz bunu etiraf etməliyik. Dünya bazarına inteqrasiya olunmuş olsaydıq, o zaman beynəlxalq miqyasda qiymətlərin enməsi bizdə də baş verərdi. Göründüyü kimi, bu, baş vermir”.

“Ən yüksək rəsmi səviyyədə - dövlət başçısı səviyyəsində dəfələrlə vurğulanıb ki, Azərbaycanda inhisarçılıq mövcuddur. Kommersiya sövdələşmələri həyata keçirilir. Bütün bunlar isə öz növbəsində qanunsuz olmaqla yanaşı, ölkəboyu ümumi bahalaşmanı da şərtləndirir. Bu günə qədər “Anti-inhisar Məcəlləsi” qəbul edilməyib. Dəfələrlə buna cəhd olunsa da, hər vəchlə qarşısı alınıb. Sanki hansısa “qara əllər” bunun qarşısını alır. Ölkəmizdə biznes qurmaq üçün münbit şərait yoxdur. Hökumətin istehlakçılarla bağlı siyasəti bərbad vəziyyətdədir. Təbii ki, bütün bu amillər də öz rolunu oynayır”, - deyə AİB sədri söyləyib.

Onun sözlərinə görə, azad rəqabət mühiti olmadığına görə istehlakçıların rəyi ümumiyyətlə, nəzərə alınmır: “Belə bir şəraitdə maraqlı biznes dairələri istədiyi qiymətləri təyin edərək, bazara diqtə edirlər. Bahalaşmanı doğuran daha bir səbəb isə marketlərlə bağlıdır. Bilirsiniz ki, paytaxtda əsasən şəbəkə marketlər fəaliyyət göstərir. Məhsul satışa çıxaran şirkətlər də ölkə üzrə qiymət siyasətini onlarla razılaşdıraraq həyata keçirir. Bu marketlərdə isə əsası olmayan pullar tələb edilir. “Satılmış əmtəədən bonus” deyilən, heç bir məntiqi olmayan faiz dərəcləri tələb olunur. Təbii ki, təchizatçı şirkət də məhsulun qiymətlərini artırmaq yolu ilə bunu kompensasiya edir. Son nəticədə zərbə yenə istehlakçılara dəyir”.

“Rusiyada bitki yağları və şəkər tozunun qiymətləri kəskin bahalaşan zaman hökumət qiymətləri qaldırmaq üçün konkret limit qoydu. Bizdə isə indiyə qədər bu, baş verməyib. Sanki bütün əhali “yağ-bal içində üzür” və qiymətlər nə qədər artsa da, onu qarşılaya biləcək. Bu, qətiyyən belə deyil. Son dövrlər pandemiya sınağından çıxan, ağır sosial şərtlər altında yaşayan əhalinin vəziyyəti bir az da ağırlaşıb. Azərbaycanda da oxşar texnologiyanın tətbiqinə ehtiyac var. Hökumət ərzaq məhsullarının, o cümlədən strateji məhsulların qiymətləri üçün maksimum hədd müəyyən etməlidir. Eyni zamanda, müvafiq qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi təkliflər planı hazırlayaraq, hökumətə təklif etməlidir”, - deyə Hüseynov vurğulayıb.

UNEC-in professor, iqtisadçı alim Elşad Məmmədov isə deyib ki, qiymət artımları ölkədə daxili istehsalın olmaması ilə bağlıdır: “Son dövrlər dünya bazarında qiymətlər artır və idxaldan asılı olan digər ölkələr kimi, Azərbaycan da bundan əziyyət çəkir. Hazırda bazarda kəskin qiymət artımları baş verir. Bu isə öz növbəsində yenidən devalvasiya riski yaradır. Bu günə qədər daxili istehsalı formalaşdıra bilməməyimiz, əksər məhsulları xaricdən idxal etməyimiz nəticə etibarilə belə bir acınacaqlı durumu şərtləndirib. Kritik səviyyədə idxaldan asılılıq ona səbəb olur ki, ölkəboyu inflyasiya prosesi də sürətlənib”.

“Eyni zamanda Azərbaycanda mövcud olan inhisarçılıq da süni qiymət artımlarına yol açır. Lakin budəfəki bahalaşmada əsas səbəb lazımi səviyyədə idxalın əvəz olunmaması, yerli istehsalın olmaması və inflyasiya ilə bağlıdır. Təbii ki, hökumət bu məsələlərə müdaxilə etməlidir. Ən azından aşağı sosial təbəqənin gündəlik istifadə etdiyi məhsullarla bağlı konkret limitlər qoyulmalıdır. Necə ki, işıq və qaz ödənişləri zamanı bu tətbiq olunur, istehlakçılara da güzəşt limitləri tətbiq edilməlidir”, - deyə professor bildirib.

Məmmədov əlavə edib ki, qarşıdakı dövrlərdə qiymətlər daha da artacaq: “Bunu nəzərə almaq lazımdır. Proses azalan deyil, artan xətlə davam edəcək və son nəticədə əhalinin sosial durumu daha da ağırlaşacaq”.(AYNA)

Azər Niftiyev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ölkədə ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI

    Ölkədə ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI ...

    10-09-2018, 16:04

  • 
  • Ərzaq məhsulları bahalaşır: Firmalar yeni qiymətlər müəyyənləşdirib

    Ərzaq məhsulları bahalaşır: Firmalar yeni ...

    11-05-2020, 17:32

  • 
  • Manat “tarazlaşdı”, bəs qiymətlər niyə sabitləşmir?

    Manat “tarazlaşdı”, bəs qiymətlər niyə ...

    29-03-2017, 14:31

  • 
  • Qiymət artımı davam edəcək... - Bəs qida və sənaye mallarının qiymətindəki surətli artımın səbəbi nədir?

    Qiymət artımı davam edəcək... - Bəs qida və ...

    17-02-2021, 11:38

  • 
  • Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı

    Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı ...

    13-05-2019, 17:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu