GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Əvvəl pulu yığırlar, sonra hara xərcləyəcəklərini deyəcəklər - NƏ BAŞ VERİR?

Əvvəl pulu yığırlar, sonra hara xərcləyəcəklərini deyəcəklər - NƏ BAŞ VERİR?

Tarix: 5-01-2022, 12:53 Bölmə :İqtisadiyyat Baxış: 524


Azərbaycanda bu ildən icbari tibbi sığorta üçün əmək haqqından tutulmalar artacaq. 2022-ci ildən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manatadək olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyd edək ki, indiyədək bu məbləğ 1 faiz təşkil edirdi.


Bəs görəsən, icbari tibbi sığortaya görə əmək haqqından tutulan məbləğin iki dəfə artması icbari tibbi sığortanın tətbiqində nəyi dəyişəcək?
Tibbi xidmət sayı artırılmalıdır
GUNDEMXEBER.AZ-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortaya görə əmək haqqından tutulmaların iki dəfə artması xidmətlər zərfinə əhəmiyyətli dərəcədə təsir göstərməlidir. Çünki bununla icbari tibbi sığorta üçün əhəmiyyətli məbləğ toplanacaq. Həmçinin yeni bağlanan əmək müqavilələri üzrə də icbari tibbi sığortaya görə yığımlar artıracaq:
"Bu elə də kiçik rəqəm deyil. Maaşdan icbari tibbi sığortaya görə tutulmalar iki dəfə artır. Bu isə o deməkdir ki, xidmət sayı iki dəfə olmasa da, buna yaxın həddə artırılmalıdır. Bu gün maaşdan 1 faiz tutulmalarla 2550 sayda müxtəlif tibbi xidmət göstərilirsə, gələn ildən xidmət sayı əhəmiyyətli dərəcədə artmalıdır. Çünki dövlət səhiyyə xərclərindən özünü kənara çəkərək sağlamlıqla bağlı xərclərin qarşılanmasını vətəndaşların öz üzərinə qoyur".
Ekspertin sözlərinə görə, əvvəl aldığı 450 manat əmək haqqından ildə 54 manat ödəyən vətəndaş gələn ildən bu qədər əmək haqqından 108 manat ödəyəcək. Bu zaman vətəndaşın haqqı var ki, ehtiyacı olan tibbi xidmətləri icbari tibbi sığortadan alsın. Buna görə də xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı artırılmalıdır:
"Əks halda hər ay maaşından 2 faiz icbari tibbi sığorta haqqı ödəyən vətəndaş cibindən əlavə pul xərcləyərək bəzi tibbi xidmətlərdən yararlanmaq üçün özəl sektora müraciət etmək məcburiyyətində qalacaq ki, bu da ədalətli yanaşma deyil".
Əhaliyə hesabat verilməlidir
N.Cəfərli bildirir ki, icbari tibbi sığorta ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, vətəndaşların çoxu hələ bilmir ki, icbari tibbi sığortadan hansı formada yararlana bilər.
İqtisadçı deyir ki, ilin sonu Dövlət Statistika Komitəsi icbari tibbi sığortaya görə toplanan vəsaitin məbləği ilə bağlı açıqlama yaymalıdır.
Pulu yığmamış açıqlamalı idilər?
Ekspert deyir ki, xidmətlər zərfinə daxil ediləcək yeni tibbi xidmətlər əhalinin daha çox yararlandığı tibbi xidmətlər olmalıdır. Buraya müxtəlif qan analizləri, dərman vasitələri də daxil edilməlidir: "Dünya praktikasında da tibbi sığortaya təkcə stomatologiya aid edilmir. Ona görə də icbari tibbi sığortaya daxil edilən cərrahi əməliyyatların sayı artmalıdır. Çox təəssüf ki, bizdə praktika belədir ki, əvvəl pul yığılır, sonra necə və haraya xərclənəcəyi barədə qərar verilir. Halbuki əksinə olmalıdır. Əvvəldən əhaliyə məlumat verilməlidir ki, maaşdan icbari tibbi sığortaya görə yığımların iki dəfə artırılmasından əldə ediləcək vəsaiti haraya və necə xərcləyəcəklər. Odur ki, əvvəlcədən bu artımın icbari tibbi sığortanın sərhədlərini nə qədər genişləndirəcəyi açıqlanmalı idi. Amma indiyədək bu barədə aidiyyatı qurum müfəssəl məlumat verməyib".
Xidmət sayı üç mini keçəcək
Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildiriblər ki, Xidmətlər Zərfindəki əməliyyatlar sırasında oftalmoloji, travmatoloji, ürək-damar əməliyyatları üzrə tibbi xidmətlərin əlavə edilməsi nəzərdə tutulub:
"Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir".
Qeyd edək ki, hələ ki növbəti illərdə süni mayalanmanın icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi gözlənilir. İTSDA Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva bildirib ki, süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır. O qeyd edib ki, əməliyyatdan sonra xəstəxanada neçə gün qalmasından asılı olmayaraq Xidmətlər Zərfi çərçivəsində bu xərclər qarşılanır.
Xatırladaq ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edir. Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Növbəti il üçün Xidmətlər Zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.
Məlumat üçün onu bildirək ki, icbari tibbi sığorta haqqının məbləğinə edilən 50 faizlik güzəşt bu ildən ləğv edilir.
Kimlər icbari tibbi sığorta haqqı ödəyir?
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə icbari tibbi sığorta haqqını onları xidmətlərə cəlb edən şəxslər ödəyirlər. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i həcmində icbari tibbi sığorta haqqı ödənilir. Məsələn, aylıq 500 manat gəlir əldə edirsənsə, onun 2%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödənməlidir.
Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manatdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-ni, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəyirlər. Minimum maaş dəyişən zaman icbari tibbi sığorta haqqı da dəyişəcək.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari tibbi sığorta haqları bu qaydada alınacaq

    İcbari tibbi sığorta haqları bu qaydada alınacaq ...

    25-12-2020, 13:33

  • 
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • İcbari tibbi sığorta haqları belə olacaq

    İcbari tibbi sığorta haqları belə olacaq ...

    25-11-2019, 11:56

  • 
  • Əli Əhmədov icbari tibbi sığortadan danışdı

    Əli Əhmədov icbari tibbi sığortadan danışdı ...

    14-06-2018, 16:27

  • 
  • Gələn ildən bütün ölkə icbari tibbi sığortaya keçəcək

    Gələn ildən bütün ölkə icbari tibbi sığortaya ...

    1-06-2017, 20:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu