Vətəninfo.az-a istinadən xəbərə görə, dünən Meyvəli Ticarət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Nəzarət Xidməti və Gömrük Komitəsinin əməkdaşları ticarət mərkəzində Gürcüstandan gətirilən kartofları yoxlayıb. Verilən məlumatda deyilir ki, yoxlama nəticəsində 4 ədəd “TIR” yükündəki və xeyli sayda kiçik maşında gətirilmiş kartofda xəstəlik aşkarlandığı üçün maşınlar möhürlənərək geri qaytarılıb. Məumat da o da vurğulanır ki,eləcə də kiçik maşınlar bazardan çıxarılıb və satışı yasaqlanıb. Hazırda başqa bazarlarda və topdansatış mərkəzlərində monitorinq gedir. Mənbənin verdiyi məlumatda o da qeyd edilir ki,hətta malların möhürlənməməsi müqabilində mal sahibləri sanitarlara ruşvət təklif ediblər. Sanitarlar isə bildiriblər ki, göstəriş yuxarından verilib və deyilib ki, onlar belə bir rüşvətxorluğa gedə bilməzlər və məhsulu hardan gətiriblər, ora aparın. Məlumatlara görə, bazardan çıxarılan kartof Ermənistan mənşəli olduğu güman edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?