Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyənləşdirib.
KTN-in mətbuat xidmətindən Teleqraf.az-a bildirilib ki, meyvələr Niderland Krallığından idxal olunub. Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?