GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanda distant əmək fəaliyəti qanuniləşir: - Necə işləyəcək?

Azərbaycanda distant əmək fəaliyəti qanuniləşir: - Necə işləyəcək?

Tarix: 17-01-2022, 18:32 Bölmə :İqtisadiyyat Baxış: 528

Azərbaycanda məsafədən görülən iş, yəni distant əmək fəaliyyəti rəsmiləşdirilir. Bununla bağlı əmək qanunvericiliyinə ediləcək dəyişikliklər artıq aidiyyatı qurumlara göndərilib. Bu dəyişiklik təsdiqini tapandan sonra bir sıra fəaliyyət sahələrində çalışanlar iş yerinə getmədən əmək müqaviləsi ilə işləyə biləcəklər.


Azərbaycanda distant, yəni məsafədən iş rəsmi qaydaya keçir. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi ilə "Əmək məcəlləsi"ndə ediləcək dəyişikliklərdə əksini tapıb.
Nazirliyin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bildirir ki, müasir bazar iqtisadiyyatı və pandemiya şəraitində belə bir dəyişikliyin edilməsinə ciddi zərurət yaranıb.
Əbülfət Məhərrəmov deyib ki, distant işin Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə konkret izahı verilir. Bu izahla da distant işlərin siyahısı genişlənəcək və bir sıra fəaliyyətlərdə bunun tətbiqi mümkün olacaq.
Nazirliyin şöbə müdiri distant işlə bağlı yeniliklərin hazırda hansı mərhələdə olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə hazırda təkliflər Ədliyyə Nazirliyindədir.
Onu da qeyd edək ki, hazırda dünyanın xüsusilə informasiya texnologiyaları üzərində qurulan bir çox tanınmış şirkətləri məhz işçiyə ofis məhdudiyyəti qoymur. Hətta işçilərin şirkətin olduğu ölkədə yaşaması tələbi belə aradan qalxıb. Bəs bu sistem Azərbaycanda necə işləyəcək? Bu yeniliyin əmək faliyyətinə nə kimi müsbət və ya mənfi təsirləri olacaq? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Bizimyol.info-nun sullarını cavablandıran iqtisadçı Xətai Alıyev bildirib ki, əmək fəaliyyətində distant məşğulluğun rəsmiləşməsi arzuolunan haldır. Çünki bu, müəyyən səbəblərdən məşğulluğa qəbul ola bilməyən, iş yerlərinə gələ bilməyən çoxsaylı insanların əmək bazarına qazandırılması deməkdir.
“Məsələn, analıq məzuniyyətində olan şəxsləri, azyaşlı övladı olan qadınları götürək. Mənim də tanıdığım bu kimi şəxslər var ki, onlar qapanma dönəmində distant olaraq işləyiblər. Təbii ki, bu məcburiyyətdən idi. Lakin həmin şəxslər distant olaraq çox effektiv işləsələr də, sonradan birbaşa işə getməkdə çətinlik çəkiblər və bu səbəbdən də ələvə məzuniyyət götürməli olublar. Çünki mövcud qaydalar onların distant işləməsinə icazə verməyib.
Bu keçid çox müsbət haldır. Əgər bu iş, ofisə gəlib-getməyə ehtitac olmadan, məsafədən görülə bilirsə, niyə də olmasın? Böhran dönəmində bu, bütün dünyada sübut olundu ki, məsafədən də işlər görülə, öz qaydasında gedə bilər. Şərt deyil ki, işçi mütləq iş yerinə gəlsin, orada 8 saat və s. müddətdə mütləq otursun”.
İqtisadçının sözlərinə görə, bu nə qədər müsbət hal olsa da, lakin burada bir narahatçılıq yaradacaq məsələ var: “O da ondan ibarətdir ki, distant məşğulluq o demək deyil ki, işəgötürən şəxlər həmin işçini 24 saat narahat edə, məşğul edə, daha kobud desək, istismar edə bilər. Bu məsələ bir az narahat edən məqamdır. Çünki Azərbaycanın əmək bazarında hazırkı vəziyyət, iş saatları vaxtlarının qanunvericiliyin tələblərinə uyğun olmaması halları mövcuddur. Xüsusilə də özəl biznesdə bu hallara çox rast gəlinir. Bu səbəbdən də bu məsələnin necə tənzimlənəcəyi maraq doğurur”.
İqtisadçı Asif İbarahimov Bizimyol.info-açıqlaması zamanı bildirib ki, dünyada tüğyan edən böhran, bir çox sahələrdə baş verən məhdudiyyətlər, qapanmalar, səfərlərə məhdudiyyətlər yeni bir yanaşmaya gətirib çıxardı: “Əvvəllər də distant əmək bazarı mövcud idi. Məsələn, distant təhsil, seminarlar, əməklə bağlı yanaşmalar vardı. Lakin böhrandan sonra şərtlər daha da sərtləşməyə başladı. Nəticədə artıq biz bu gün toplantılara uzun yollar qət etmirik, tıxaclarda qalmırıq, təyyarələrə minib hanısısa iclaslarda iştirak etmirik. Müəyyən online platformalar vasitəsilə bir çox işlərimizi, yoxlamalarımızı, auditlərimizi keçirib, təşkil edirik. Eyni zamanda seminarların, kursların, təlimatlandırmaların, hərhansısa xidmətlərin online qaydada aparılması artıq zərurət halına çevrilib.
Bu bizdə çoxdan olmalı idi. Lakin qapanmalar bizə daha aydın şəkildə göstərdi ki, bu şəkildə online platformalarda iş rejimini həyata keçirmək mümkündür. Online sistemə keçid zamanı ilk başda vəzifələrin, bölgülərin həyata keçirilməsində müəyyən çətinliklər müşahidə olundu, lakin sonradan bu baryerləri də aşmağa başladıq. İndi biz görürük ki, ən rahat yanaşmalardan biri elə online qaydadır və distant əmək fəaliyyəti artıq öz efffektini verməyə başlayır.
Bu artıq gündəlik həyatımızın bir parçasdır və biz buna uyğun işimizi formalaşdırmalıyıq. Biz bu istiqamətdə işlər görməli və bütün dünyada gedən proseslərlə uyğunlaşmalı, onlarla ayaqlaşmalıyıq”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

    Xaricdə distant təhsil alanların diplomları niyə ...

    2-12-2016, 13:31

  • 
  • Gürcüstanda məktəblər sabahdan distant rejimə keçir

    Gürcüstanda məktəblər sabahdan distant rejimə ...

    3-11-2020, 15:07

  • 
  • Azərbaycanda əmək kitabçaları ləğv olunacaq

    Azərbaycanda əmək kitabçaları ləğv olunacaq ...

    27-02-2014, 14:15

  • 
  • Təhsilin distant təşkili işə bağlı yeni dəyişikliklər açıqlanır - CANLI YAYIM

    Təhsilin distant təşkili işə bağlı yeni ...

    30-10-2020, 11:38

  • 
  • Ali məktəblərdə distant təhsil dayandırıldı

    Ali məktəblərdə distant təhsil dayandırıldı ...

    30-09-2020, 17:28


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu