Biləsuvar sərhəd keçid məntəqəsində yük avtomobillərinin sayı pik həddə çatdığı üçün yeni maşınlara yer tapılmır
Hadisə Hazırda Azərbaycanla İran sərhəddi arasında, Biləsuvar Sərhəd Keçid Məntəqəsində vəziyyət daha da gərginləşib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, keçid məntəqəsinin avtomobil dayanacağında yük avtomobillərinin sayı pik həddə çatıb. Hətta vəziyyət o həddə çatıb ki, əraziyə gələn yeni yük avtomobilləri üçün yer yoxdur. Məsələ ilə bağlı Azərbaycan sərhədçiləri iranlı həmkarları ilə ikinci dəfə görüşüblər. Hələlik görüşün nəticələri barədə məlumat verilmir.
Qeyd eədk ki, səhər saatlarında Azərbaycan vətəndaşları gözləmədən sərhəddən keçiblər. 5 gündür ki, Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində hərəkətsiz halda dayanmış yük avtomobilərində artıq bir sıra texniki problemlər də yaranmağa başlayıb. Yükün təsirindən avtomobillərin təkərləri sıradan çıxır. Neft və benzinlə yüklü abtomobil çənlərində sızmaların yaranması vəziyyəti daha da çətinləşdirib. Yol gözləyən avtomobil karvanı Naxçıvana aparılmaq üçün nəzərdə tutulmuş neft və ərzaq məhsulları ilə yüklüdür. Sürücülərin sözlərinə görə, yüklərdən xüsusən MR-ya aparılacaq toxumluq buğdanın gecikməsi əkinin yubanmasına səbəb ola bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?