GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İqtisadiyyat Nazirliyi 127500 manata avtomobil alır-NONSENS

İqtisadiyyat Nazirliyi 127500 manata avtomobil alır-NONSENS

Tarix: 6-05-2022, 13:06 Bölmə :İqtisadiyyat Baxış: 281

İqtisadiyyat Nazirliyinin”Tikinti-Təchizat Birliyi” MMC “Luxury Cars Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 127500 manatlıq müqavilə bağlayıb  


GundemXeber.Az yenixeber.org-a istinadla bildirirki, İqtisadiyyat Nazirliyinin”Tikinti-Təchizat Birliyi” MMC-nin 29.04.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə bu gün-06.05.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi “Luxury Cars Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Bu müqavilə ilə “Luxury Cars Baku” MMC İqtisadiyyat Nazirliyinin”Tikinti-Təchizat Birliyi” MMC-dən “Toyota” markalı “Avalon” modifikasiyalı minik avtomobili qarışılığında 127500 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də alınacaq mal barədə məlumat verilmədən...(?) İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC “Luxury Cars Baku” MMC ilə 127500 manatlıq müqavilə bağlayıb!

İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, görüləcək işlərin nədən ibarət olacağı haqqında heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC-nin də, vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 127500 manatına minik avtomobili alınmasından gedir...

Məlum olduğu kimi, cənab prezident vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Hətta bu məqsədlə yerli istehsal məhsullarından-avtomobillərdən, mebellərdən və s. yararlanmağı da məmurlara tapşırıb...

           ***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, İqtisadiyyat Nazirliyinin ”Tikinti-Təchizat Birliyi” MMC nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı malın alınacağı haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə görüləcək işin detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.

Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu(?)

         ***

Xatırladaq ki, “Tikinti-Təchizat Birliyi” MMC 05.01.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən yaradılıb. Şirkət əvvəlki Vergilər Nazirliyinin (indi İN yanında Dövlət Vergi Xidməti) binası Bakı şəhəri Yasamal rayonu, Landau ev.16 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət “Tikilməkdə Olan Obyektlər Müdiriyyəti” MMC-nin hüquqi varisidir, nizamnamə kapitalı 1 037 335.75 manat təşkil edir. Qanuni təmsilçi İsgəndərov Anar Sabir oğludur.

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıt Şəhər İcra Hakimiyyətinin "AS-Təmir Tikinti" seçimi: 7 milyon manatlıq MÜƏMMA-NONSES

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin "AS-Təmir ...

    16-03-2022, 12:59

  • 
  • Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq yeni yaradılan şirkətlə şübhəli müqavilə

    Təhsil Nazirliyinin tender müəmması – 10 manatlıq ...

    1-03-2021, 11:45

  • 
  • Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham olunan şəxsə etibar edilib? - Xətaidə tender maxinasiyası

    Büdcə vəsaiti narkotik cinayəti ilə ittiham ...

    31-05-2021, 13:04

  • 
  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley xərcləri...-NONSES

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin ...

    26-01-2022, 16:54

  • 
  • Bakıda silahlı mafiya "razborkası" (TƏFƏRRÜAT)

    Bakıda silahlı mafiya "razborkası" ...

    20-11-2014, 11:41


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (425)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu