Bakının tanınmış avtomobil kirayəsi ilə məşğul olan “Baku Cars” MMC-nin əməkdaşlarının adı kriminal cinayətdə hallanır.
gundemxeber.az milli.az-a istinadən verdiyi məlumata görə, dünən 19 yaşlı Elçin Quliyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə səs-küyə səbəb olacaq şikayət ərizəsi verib:
Noyabrın 17-də Ceyhun adlı tanışından 90 UF 678 dövlət nömrə nişanlı BMW markalı avtomobili icarəyə götürüb.
Noyabrın 18-də isə özünü "Baku Cars" MMC-nin əməkdaşı kimi təqdim edən iki nəfər Koroğlu Rəhimov küçəsində onu "İnfiniti" markalı maşına mindirərək "Makarov" tipli tapança ilə hədələyərək 900 manat pulunu alıb.
Onun bu şikayətindən bir neçə saat sonra polisə daha bir şikayət daxil olub. Gecə saat 02 radələrində "Baku Cars" MMC-nin direktoru Taleh Səfərov polisə şikayət edib ki, Elçin və Ceyhun adlı şəxslər onun şirkətindən BMW markalı avtomobili icarəyə götürüblər. Geri qaytaranda isə maşının təkərlərinə 5000 manat məbləğində ziyan vurublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?