Gundemxeber.az » İqtisadiyyat » Dizelin qiyməti bahalaşır: 1 litr=1 manat - BELƏ HARA GEDİRİK?
Azərbaycanda yaxın günlərdə bir sıra yanacaq növləri, o cümlədən dizel yanacağının qiymətinin artırılacağı gözlənilir.
Gundemxeber.az jamaz.info-ya istinadla xəbər verir ki, bu bahalaşma mayın 15-dən etibarən qüvvədə olacaq.
Məlumatlarda deyilir ki, SOCAR bununla bağlı Tarif Şurasına müraciət edib və yanacaq növlərinin bahalaşdırılması barədə qərar qəbul edilməsini istəyib. Həmin müraciətə əsasən SOCAR Aİ-92 benzininin qiymətinin 1,20 manat, dizel yanacağı isə 1 manata olmasını xahiş edib. Lakin Şuranın benzinin qiymətini deyil, dizelin bahalaşması ilə bağlı qərar verəcəyi gözlənilir. Bu da yeni qiymətə əsasən 1 litr dizel yanacağının 1 manat olacağını deməyə əsas verir.
SOCAR-dakı mənbələr bu artımın dizel yanacağının keyfiyyətinin artması və dünya neft bazarında neftin bahalaşması ilə əsaslandıracaqlarını güman edirlər.
Məsələni dəqiqləşdirməyə çalışacağıq.
Xatırladaq ki, hal hazırda 1 litr dizel yanacağı 80 qəpiyə satılır.
3-12-2013, 12:29
16-07-2017, 11:08
2-04-2014, 11:29
3-12-2013, 12:25
6-08-2018, 23:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?