Tarif Şurasının Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artırması haqda verdiyi qərarından sonra diqqətlər benzinin ayrı-ayrı ölkələrdəki dəyərinə yönəlib. Benzinin bir sıra dünya ölkələrində bu ilin noyabr ayına olan qiymətlərini təqdim edib.
Onu da qeyd edək ki, ötən ay dünyada benzinin ortalama qiyməti 1.47 ABŞ dolları olub. Benzinin qiymətindəki fərqliliklərin əsas səbəbləri müxtəlif vergilər və benzin üçün subsidiyaların verilməsindədir ki, sonuncuya ən yaxşı misal Venesuelanı göstərmək olar. Bu ölkədə ötən ayın göstəricilərinə görə, benzinin bir litrinin qiyməti 0,03 ABŞ dollarıdır.
İran – 0,12
Ərəbistan- 0,20
Qətər – 0, 24
Bəhreyn – 0,27
Küveyt - 0,30
Oman - 0,39
Yəmən – 0,45
Bruney -0,50
Boliviya – 0,53
Misir- 0, 61
Qonşu ölkələrdən Gürcüstanda benzinin bir litri 1,19, Ermənistanda -1,38, Rusiyada 1,11, Türkiyədə isə 2,37 dollardır.
Xatırladaq ki, bu gündən Azərbaycanda Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?