Bir neçə il öncə ölkədəki banklarda depozitlərlə bağlı artım müşahidə edilirdi ki, sonra bəzi bankların bağlanması ilə əhali bu sahədə problemlə üzləşməli oldu. Belə ki, bağlanan banklarda depoziti olan vətəndaşlar digər bankalara yönləndirildi ki, burada da vətəndaşlar bəzi çətinliklərlə qarşılaşdılar.
Ancaq son vaxtlar yenidən banklara qoyulan depozitlərdə azalma müşahidə edilir.
Bu azalmanın səbəbi yenə banklara inamın olmaması, yoxsa vətəndaşların maddi vəziyyətinin ağırlaşması ilə bağlıdır? Gundemxeber.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, banklara qoyduğu depozitlərin azalması daha çox əhalinin maddi vəziyyətinin ağırlaşması ilə bağlıdır:
“Yəni banklarla bağlı indi heç bir dəyişiklik baş verməyib ki, inam azalsın. Maddi vəziyyət dedikdə əsas gəlirlərin azalması deyil, məhz xərclərin çoxalması, qiymət artımıdır. Təbii ki, qiymət artımı vətəndaşların xərclərini çoxaldır və onlar da məcburən əmanətlərini çıxararaq öz xərclərini bağlamağa çalışırlar. Bu proses valyutaya inamın azalması ilə bağlı deyil. Hazırda Azərbaycanda onsuz da xarici valyutada əmanət faizi aşağıdır ki, bu, 1 faiz təşkil edir. Milli valyutada isə 12 faizə qədərdir və ən azı qarşıdakı bir il üçün sabitdir, təşviş yoxdur. Vətəndaşlar son dövrlər depozitlərini milli valyutada saxlayır. Bu baxımdan valyuta ilə bağlı təşviş məsələsi deyil, əsas səbəb məhz xərclərin çoxalmasıdır. İndi bahalaşma imkan vermir və bunu hamı hiss edir. Nəticədə pul yığmaq insanlar üçün problemdir. Bu tendensiya isə getdikdcə artacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?