GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası...

Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası...

Tarix: 25-01-2014, 12:15 Bölmə :İqtisadiyyat Baxış: 952
 Avtomobillərə kreditlərin verilməməsinin pərdəarxası...
- «Bank Standart» avtomobil krediti verirmi?

- Xeyr, artıq avtomobil kreditləri verilməsi dayandırılıb.

- Səbəb nədir?

- Mərkəzi Bankdan belə bir tapşırıq gəlib və bundan sonra bizim bankımız avtomobil kreditlərinin verilməsini dayandırıb.

Avtomobil kreditləri ilə bağlı daha bir-neçə bankdan da eyni cavabı aldıq. Digər mal və xidmətlərə gəldikdə, banklar indi bu kreditləri də arayışsız vermirlər.

«Dəmirbank»: «Hazırda mebel, soyuducu, televizor və s. avadanlıqlar üçün kreditlər də ancaq arayışla verilir».

Hələ ki Mərkəzi Bankın avtokreditlərə qoyduğu məhdudiyyətin nə vaxt aradan qaldırılacağı bəlli deyil.

MƏRKƏZİ BANKIN AÇIQLAMASI

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu addım kredit portfelinin keyfiyyətinin qorunub saxlanılmasına, borcalanların maliyyə vəziyyətinin pisləşməməsinə və bankların maliyyə dayanıqlığının artırılmasına xidmət edir.

Mərkəzi Bank maliyyə dayanıqlığının daha da gücləndirilməsi məqsədilə banklara «məsuliyyətli borc vermə» prinsiplərinə uyğun olaraq işlərini intensivləşdirməyi və bu sahəyə nəzarəti artırmağı tapşırıb.

«AZƏRBAYCAN BANKLARI XARİCİ SAHİBKARLARI İNKİŞAF ETDİRİR»

İqtisadçı Samir Əliyev avtomobil kreditinə qoyulan məhdudiyyəti əslində bankların özünün yaratdığı problem sayır. Deyir banklar daha çox müştəri və daha çox gəlir əldə etmək üçün arayışsız kreditlər verməyə başlayıblar.

İndi ümumi kredit qoyuluşunda istehlak kreditlərinin payının 40 faizi və ya 6 milyard manatı keçdiyini bildirən iqtisadçı mövcud vəziyyəti çox təhlükəli sayır: «Ölkənin inkişafı üçün biznes kreditləşməsi vacibdir. Amma biznesdə böyük risklər olduğundan banklar istehlak kreditləşməsinə qaçır. Bu zaman banklar biznes sahəsinə pul ayırmırlar. İstehlak kreditlərinin payının 40 faizə çatması o deməkdir ki, əhalinin gəlirlərinin 20 faizi borclanmaya gedib. Azərbaycan kimi ölkələrdə bu təhlükəlidir və narahatlıq doğurmaya bilməz. Misal üçün, bu, Almaniya üçün təhlükəli deyil. Çünki orda avtomobil ölkənin öz istehsalıdır və kreditlərin götürülməsi əslində avtomobil sənayesinin inkişafına səbəb olur».

Samir Əliyev deyir ki, Azərbaycanda avtomobil istehsalı olmadığından bankların avtomobil kreditləri verməsi dolayı yolla xarici ölkə sahibkarlarının inkişafına xidmət edir: «Nəticədə öz sahibkarlarımız rəqabət apara bilmir. Bu baxımdan istehlak kreditləşməsi təhlükəlidir».

«20 BANK ÇÖKƏ, AVTOMOBİLLƏR UCUZLAŞA BİLƏR»

Samir Əliyevin fikrincə, Mərkəzi Bankın avtokredit qadağası 6-7 ay davam edərsə, bu, 20-yə yaxın bankın ciddi problemlə üzləşməsinə, hətta bağlanmasına səbəb ola bilər: «Çünki həmin bankların kredit portfelində avtomobil kreditlərinin payı daha yüksəkdir. Avtomobil kreditləşməsinin dayandırılması həmin banklara böyük zərbədir. Bankların xərcləri artacaq. Eyni zamanda bu sığorta bazarına da təsir edəcək».

İqtisadçı banklara qoyulan məhdudiyyətin avtomobil bazarında ucuzlaşmaya səbəb ola biləcəyini də düşünür: «Bu gün Azərbaycanda yeni avtomobillərin üçdən ikisi kreditlə alınır. Məhdudiyyətlərin tətbiqi tələbatın 60-70 faiz azalması deməkdir. Tələbatın da azalması avtomatik qiymətlərə təsir göstərəcək».

«BANKLARDA TANIŞ ADAMLARIMIZ VAR, ONLAR DÜZÜB-QOŞA BİLƏRLƏR»

Hələ ki, bəzi banklar buna yalnız sözdə əməl edirlər. Bunu Bakıdakı avtomobil satış mərkəzlərindən verilən cavablar da təsdiq edir.

- İndi sizdən kreditlə avtomobil götürmək olarmı?

- Məhdudiyyət var, amma siz bizə yaxınlaşın, bizim banklarda tanış adamlarımız var, onlar düzüb-qoşub həll edə bilirlər.

VARLILAR VARLANIR, KASIBLAR BORCLANIR...

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Mərkəzi Bankın narahatlığını başadüşülən sayır. İqtisadçı hesab edir ki, həqiqətən də qısamüddətli istehlaka yönələn bahalı kreditlər maliyyə hesabatları və kredit tarixlərinə əsaslanmadan ayrıldıqda, risklər getdikcə artır və kütləviləşir. Əslində, belə təminatsız kreditlər daha əsaslı və uzunmüddətli qiymətləndirmə sənədləri və informasiyalara istinadən ayrılmalıdır.

İqtisadçı yada salır ki, kredit qoyuluşunun 39.6 faizi, yəni 6 milyard 420 milyon manat ev təsərrüfatlarının payına düşür.

Qubad İbadoğlu deyir ki, kasıblara ayrılan bahalı kreditlər depozit faizlərinin yüksək olması ilə müşahidə edilir. Bu prosesdə bir tərəfdən varlılar daha da varlanır, kasıblar bir az da yoxsullaşırlar. Bu baxımdan da iqtisadçı insanlara məsləhət görür ki, «məsuliyyətsiz borc vermə» prinsipləri ilə işləyən bankların kreditləri hesabına sosial və maddi problemlərini həll etsələr yaxşı olar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Banklardan bəzi müştərilərə arayışsız kredit imkanı – Ayrı-seçkilik

    Banklardan bəzi müştərilərə arayışsız kredit ...

    30-01-2014, 18:41

  • 
  • Avtomobil kreditləri ilə bağlı şərtlər dəyişir - (Video)

    Avtomobil kreditləri ilə bağlı şərtlər dəyişir - ...

    22-02-2014, 14:27

  • 
  • “Dəmirbank”da istehlak kreditləri, necə biznes kreditlərinə çevrilir

    “Dəmirbank”da istehlak kreditləri, necə biznes ...

    16-05-2014, 10:24

  • 
  • Banklarda fövqəladə vəziyyət

    Banklarda fövqəladə vəziyyət ...

    6-02-2014, 11:57

  • 
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (339)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu