GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kvadratın sahəsini hesablaya bilməyən 2 min müəllimi hansı universitet hazırlayıb? - HƏQİQƏTƏN DƏ...

Kvadratın sahəsini hesablaya bilməyən 2 min müəllimi hansı universitet hazırlayıb? - HƏQİQƏTƏN DƏ...

Tarix: 17-10-2022, 10:48 Bölmə :İqtisadiyyat Baxış: 438


Elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya imtahanlarının nəticələri barədə açıqlamasında məktəblərdə savadsız müəllimlərin olduğunu söyləyib. Nazir deyib ki, müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir: "İlk dəfə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır.

Lakin bir qrup müəllim də oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var. Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək? Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm".
Nazirin bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial platformada savadsız müəllimlərin məktəblərdən uzaqlaşdırılması barədə etrazlar səslənir.

GUNDEMXEBER.AZ-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq üçüncü dəfədir ki, nazirin dilindən müəllimlərin savadsızlığı barədə iradlar səslənir. Ekspertin sözlərinə görə, bu müəyyən qədər müəllimləri gözdən salır, müəllim nüfuzuna təsir edir. Bununla belə K. Əsədov ümumtəhsil müəssisələrində savadlı müəllimlərin işləməsinin vacib amil olduğunu söyləyir. Amma ekspert deyir ki, Elm və Təhsil Nazirliyi problemin kökünü məktəblərdə axtarmalı deyil:
"Müəllimləri yetişdirən ali məktəblərdir. Elm və Təhsil Nazirliyi isə ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət edə bilmir. Ümumtəhsil müəssisələrində çalışan müəllimləri nazirlik 2014-2019-cu illərdə diaqnostik imtahanlara cəlb edib. Demək ki, bu imtahanlar vaxtında şəffaf keçirilməyib. İmtahanlara hər il milyonlarla vəsait boşuna xərclənib. Həmin sualı cavablandırmayanlar arasında "Əməkdar müəllim"lər var. Sual yaranır ki, nazirlik onlara necə "Əməkdar müəllim" adı verib? Bu problemin səbəbi ETN-nin səriştəsiz fəaliyyətidir".
K. Əsədov deyir ki, Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 142 min müəllim çalışır. Hər il orta ümumtəhsil məktəblərinə isə minimum 9-11 min nəfər şəxs qəbul olunur: "Bu o deməkdir ki, son 10 il ərzində 100 minə yaxın şəxsi indiki Elm və Təhsil Nazirliyi qəbul edir. Demək, ETN-in işə qəbul prosesi obyektiv və şəffaf deyil".
K. Əsədov bildirir ki, indiyədək sertifikasiya imtahanında yalnız ibtidai sinif müəllimləri iştirak ediblər. İmtahandakı sulların bu hissəsi isə ibtidai sinif proqramından kənardır.
Ekspert onu da söylədi ki, müəllimləri mütəmadi imtahana cəlb edən nazirlik işçilərinin mütləq əksəriyyəti işə dövlət qulluğuna qəbul imtahanından keçmədən qəbul olub: "Hansı nazir müavini, şöbə müdiri dövlət qulluğu imtahanından keçib? Hamısı xaricdə təhsil adı ilə gəlib işə qəbul olunublar. Bəli, müəllimlərimiz arasında yaxşı nəticə göstərməyənlər var. Unutmaq olmaz ki, bu gün məzunları ali məktəbə hazırlayan repetiitor müəllimlərin də demək olar ki, hamısı orta məktəblərdə dərs keçən müəllimlərdir. Nazirlik məktəblərdə savadsız kadrların olmasının səbəbini ali məktəblərdə axtarmalıdır. ETN nə vaxt gedib ali təhsil müəssisələrində keyfiyyəti yoxlayıb? Son 3 il ərzində ETN-dən çıxan şəxsləri rektor göndəriblər. Hamısı onların təhsilə verdiyi zərərin nəticəsidir".
Ona görə də ekepert ilk növbədə universitetlərdə təhsilin keyfiyyətinin artırılmalı olduğunu söyləyir.
DİA.AZ-ın məlumatına görə, Azərbaycanda ən çox müəllim hazırlayan Azərbaycan Pedaqoji Universitetinin Riyaziyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının dossenti, riyaziyyat üzrə fəlsəfə doktoru Qulaməli Balaşov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirin vurğuladığı məsələ təkcə ali məktəblərin kadr hazırlığı ilə bağlı deyil. O, bildirir ki, əslində universitetlərdə hazırlanan müəllimlərə kvadratın perimetri tədris olunur:
"Ali məktəblərin pedoqoji kadr hazırlığı proqramında 2-ci kursdan riyaziyyatın tədrisi metodikası fənni, sonda isə həndəsə fəni tədris olunur. Bu fənlərin tədrisində kvadratın perimetri tələbələrə öyrədilir. Pedoqoji Universitet Azərbaycanda müəllim hazırlayan yeganə universitet deyil. Bu gün başqa universitetlər də pedaqoq hazırlayır. Riyaziyyat fənni hansı universitetdə necə keçirilir, hansı keyfiyyətdə tədris olunur, bu araşdırılmalıdır. Mən rayonlardan birində ibtidai sinif müəllimlərinə bir ay yarım təlimlər keçdim. Həmin müddətdə mənim təlim keçdiyim müəllimlərin mütləq əksəriyyəti kolleci bitirən müəllimlər idi. Xüsusilə regonlarda yaradılan kolleclərin məzunları. Onların bilik səviyyəsi çox aşağı idi. Riyaziyyatdan primitiv bilikləri belə yox idi. Əlbəttə belə müəllimlər imtahan verdikdə kvadratın perimetrini hesablaya bilməyəcəklər".
Q. Balaşov deyir ki, vaxtıilə ibtidai sinif müəllimi hazırlığında ciddi nöqsanlara yol verilib. Aidiyyatı olmayan ali təhsil müəssisələrinə ibtidai sinif müəllimi hazırlamaq səlahiyyəti verilib: Məsələn, Gəncə Sənaye Texnikumunda ibtidai sinif müəllimi hazırlanıb. Bu Misir Mərdanov Təhsil Naziri olduğu vaxtlar baş verib. Universitetlərə hər rayonda bir filial aşmağa icazə verilirdi. Plan yeri ayrılırdı ki, onlar ibtidai sinif müəllimi hazırlasınlar. Amma ibtidai sinif müəllimi hazırlayan universitetin, kollecin ixtisaslı müəllim kontingenti olmalıdır. Ümumiyyətlə hər hansı fənn üzrə kadr hazırlığında vahidlik prinsipi olmaldıır. Amma indi müəllim hazırlayan hər universitetin öz proqramı var. Dərslik proqramı isə eynidir. Bu cür müəllim hazırlığı düzgün deyil".


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirin müəllimləri gözdən salması təhlükəli tendensiyadır - HƏQİQƏTƏN DƏ...

    Nazirin müəllimləri gözdən salması təhlükəli ...

    14-10-2022, 14:44

  • 
  • Müəllimlərin sertifikasiya imtahanlarının keçiriləcəyi vaxt açıqlandı

    Müəllimlərin sertifikasiya imtahanlarının ...

    16-07-2020, 15:15

  • 
  • Buraxılış imtahanlarının nəticəsi təhsilin səviyyəsinin aşağı olduğunu üzə çıxardı

    Buraxılış imtahanlarının nəticəsi təhsilin ...

    10-06-2013, 22:32

  • 
  •  Məktəblərdə savadsız müəllimlərin sayı 70 faizdən çoxdur - Ekspertdən İTTİHAM

     Məktəblərdə savadsız müəllimlərin sayı 70 ...

    13-02-2021, 15:51

  • 
  • Müəllimlərin maaşı artırılır - VİDEO

    Müəllimlərin maaşı artırılır - VİDEO ...

    19-12-2015, 01:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu