GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycan regionda sonuncudur – Dayanıqlı bazar iqtisadiyyatı baxımından

Azərbaycan regionda sonuncudur – Dayanıqlı bazar iqtisadiyyatı baxımından

Tarix: 25-11-2022, 17:43 Bölmə :İqtisadiyyat Baxış: 592

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Transition Report 2022-2023” adlı hesabatını yayımlayıb. Hesabatda Azərbaycan iqtisadiyyatı ilə bağlı göstəricilərə də yer verilib. Qurum analitiklərinin fikrincə, gələn il Azərbaycan iqtisadiyyatı şaxələndirilməsə, onun sarsıntılara dayanması imkansız olacaq.

Analitiklər ölkə iqtisadiyyatının inkişafı üçün bir neçə məsələnin həllini vacib sayırlar. Bunlardan ilki rəqabətin tənzimlənməsi sisteminin gücləndirilməsi ilə bağlıdır. Azərbaycanda iqtisadiyyatın bir çox aparıcı sahəsinə məhdud sayda oyunçu qatılır. Rəqabət ortamının əlverişli olmaması üzündən özəlliklə kiçik və orta sahibkarlar daha çox çətinlik yaşayır.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində dövlətin iştirakının azaldılmasını da vacib sayır. İndi dövlətə məxsus, irili-xırdalı, beş minə yaxın müəssisə fəaliyyət göstərir. Özəlliklə kommunal xidmətlər sahəsində fəaliyyət göstərən şirkətlər nəinki gəlir əldə etmir, hətta çox böyük həcmdə borclanır. Belə irihəcmli borclar hər zaman Azərbaycan iqtisadiyyatı ilə bağlı risk amilləri sırasında sadalanır.

Hesabatda Azərbaycanda maliyyə sektorunun xarici investisiyalara açılması məsələsi də ayrıca vurğulanıb. Qurumun fikrincə, məhz bu yolla kiçik və orta müəssisələrin investisiya fəaliyyətlərini dəstəkləmək mümkün ola bilər. Özəlliklə devalvasiyasonrası illərdə ölkədə biznes subyektlərinin kredit resurslarına çıxış imkanları məhdudlaşıb. Belə imkanı olanlarsa bazarda yüksək faiz dərəcəsindən şikayətçidir. Bu baxımdan, EBRD Azərbaycanın maliyyə sektorunda xarici investisiyaların artırılmasının qeyd edilən problemləri çözəcəyini düşünür.

Qurumun qənaətincə, iqtisadiyyatın karbonsuzlaşdırılması da Azərbaycan üçün əsas öncəlik sayılmalıdır. Hesabat müəlliflərinin fikrincə, enerji resurslarının qiymət artımından götürülən əlavə gəlirlər yaşıl enerjiyə və iqlim dəyişikliyi təsirinin yumşaldılmasına yatırımlar üçün istifadə edilməlidir.

Gələn il artım daha az olacaq

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan iqtisadiyyatının böyüməsi ilə bağlı bu ilə gözləntisi 4.5 faizdir. Qurum gələn il Azərbaycan iqtisadiyyatının daha az – 2.5 faiz böyüyəcəyini proqnozlaşdırır. Hesabatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas risklər inflyasiyanın davam etməsi və enerji resursları qiymətlərinin potensial olaraq aşağı düşməsi ilə bağlıdır. Ancaq o da əlavə edilir ki, qarşıdakı illərdə də Azərbaycan yaranmış geosiyasi durumdan yararlana bilər. Axı Avropa Birliyi Rusiyadan qaz asılılığını azaltma fəaliyyətini davam etdirəcək. Belə şəraitdə Azərbaycan da qaz sənayesinə yatırımlar cəlb etmək şansı qazanacaq.

Regionda sonuncu ölkə

Avropa Yenidənqurma və İnkişaf Bankı hesabatında 2016-cı ildən bəri struktur islahatlarının altı əsas istiqamətini əsas götürərək ölkələrdəki bazar iqtisadiyyatının dayanıqlılığını qiymətləndirir. Bu altı istiqamətə rəqabət, yaxşı idarəçilik, yaxşı iqtisadiyyat, inklüzivlik, dayanıqlılıq və inteqrasiya daxildir. Qiymətləndirmədə ölkələr hər bir göstərici üzrə 1-10 bal arası qiymətləndirilir. Burada 1 – ən pis, 10 – ən yaxşı göstərici deməkdir. Qurumun açıqladığı qiymətləndirmədən aydın olur ki, hər altı istiqamət üzrə qiymətləndirmədə Azərbaycan üç Güney Qafqaz ölkəsi arasında sonuncu yerdədir.

Rəqabət göstəricisi ilə bağlı regionda ən yüksək göstəricini Ermənistan qazanıb – 4.81 bal. Eyni göstərici Gürcüstanda 4.71 bal, Azərbaycanda isə cəmi 4.29 bal olub. Yaxşı idarəçilik istiqaməti üzrə də Azərbaycanın topladığı bal qonşularıyla müqayisədə daha aşağıdır. Bu istiqamətdə Ermənistan 6.35; Gürcüstan 6.29; Azərbaycan 5.66 balla qiymətləndirilib. Yaşıl iqtisadiyyatla bağlı qiymətləndirməyə gəlincə, Ermənistanda uyğun göstərici 5.70 bal, Gürcüstanda 5.33 bal olduğu halda, Azərbaycanda 5.08 bal olub.

İnklüzivlik baxımından da Azərbaycan digər iki qonşusundan geri qalıb. Bu indikator üzrə qiymətləndirmədə regionda ilk yeri Gürcüstan tutub. Gürcüstanın inklüzivlik üzrə balı 4.97 olub. Ermənistanda həmin göstərici 4.78-ə, Azərbaycanda isə 4.77-ə bərabərdir . Qurumun qiymətləndirdiyi digər bir istiqamət dayanıqlılıqdır. Bu indikator üzrə Ermənistan 5.45 bal, Gürcüstan 5.13 bal, Azərbaycansa cəmi 3.51 bal alıb. Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirmədə yararlandığı sonuncu göstərici iqtisadiyyatın inteqrasiyası – bütünləşməsiylə ilə bağlıdır. Bu göstərici üzrə regionda ən çox balı Gürcüstan toplayıb – 6.34 bal. Azərbaycan, demək olar, Ermənistanla eyni balı bölüşüb (uyğun olaraq 5.49 və 5.48 bal).


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib

    EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib ...

    6-02-2021, 16:48

  • 
  • AYİB Azərbaycanda yol infrastrukturunun yenilənməsinə kredit ayıracaq

    AYİB Azərbaycanda yol infrastrukturunun ...

    24-11-2017, 11:44

  • 
  • "Fitch" Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib

    "Fitch" Azərbaycan iqtisadiyyatı üzrə ...

    16-05-2021, 10:41

  • 
  • Müxalifət maliyyə yardımı xahişi ilə beynəlxalq təşkilatlara müraciət etdi - GÜRCÜSTANDA

    Müxalifət maliyyə yardımı xahişi ilə beynəlxalq ...

    3-04-2020, 14:55

  • 
  • AYİB-dən Azərbaycan üçün vacib qərar

    AYİB-dən Azərbaycan üçün vacib qərar ...

    29-02-2016, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (171)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu