Gürcüstanın 20-dən çox müxalifət partiyası dünyanın aparıcı ölkələri və beynəxalq maliyyə qurumlarına müraciət ünvanlayıb.
Siyasi partiyalar müraciətdə Gürcüstanın koronavirus epidemiyasına görə ciddi problemlərlə üzləşdiyi bildirilib.
Müraciət müəllifləri qeyd ediblər ki, koronavirusdan ən çox ölkə iqtisadiyyatı zərər görüb və vəziyyət daha da pisləşə bilər: “Zərərin miqyasını hesablamaq hələ çətindir, lakin aydındır ki, həcm böyük olacaq. İqtisadi böhran ölkənin kövrək demokratiyasını təhlükə altında qoya bilər. Gürcüstan demokratyası bu il qarşıdan gələn parlament seçkilərində ciddi sınağa tab gətirməlidir”.
Müxalifət partiyaları Gürcüstan hökumətinin beynəlxalq maliyyə dəstəyinə çox ehtiyacı olduğunu bildiriblər: “Beynəlxalq yardım almaq bizim ümumi həyati maraqlarımıza daxildir və bu, hakimiyətə həm bu gün, həm də gələcəkdə forlamaşdırılacaq hökumətə ciddi iqtisadi və sosial böhranın öhdəsindən gəlməyə imkan verəcək”.
Müraciət ABŞ, Böyük Britaniya, Kanada, Norveç, İsveçrə hökumətləri, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə təşkilatlarına təqdim olunub./report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?