İsveç Mərkəzi Bankı (Riksbank) dekabrın 21-dən ukraynalı qaçqınların nağd qrivnalarının İsveç kronuna dəyişdirilməsini dayandıracaq. Ona tələb kəskin şəkildə azalıb.
Bu barədə bankının məlumatında qeyd edilir.
Bildirilir ki, “Riksbank” Ukrayna Milli Bankı (NBU) ilə ukraynalı qaçqınlara qrivnanı İsveç kronu ilə dəyişmək imkanı verən müqaviləni 2022-ci ilin iyununda imzalayıb.
“Hazırda qrivna mübadiləsinə tələbat əhəmiyyətli dərəcədə azalıb və buna görə də NBU həm “Riksbank”, həm də digər Avropa mərkəzi bankları ilə müqavilələri ləğv etmək istədiyini bəyan edib”, - məlumatda deyilir.
Xatırladaq ki, Ukrayna Milli Bankı müharibə başlayandan Polşa, Almaniya, Belçika, İsveç, Niderland, İtaliya və digər ölkələrin mərkəzi bankları ilə nağd qrivna mübadiləsinə dair müqavilələr bağlayıb. Mübadilə NBU-nun rəsmi məzənnəsi ilə həyata keçirilib.
Son zamanlar Avropa ölkələri yerli valyutaların qrivnaya dəyişdirilməsini ləğv etməyə başlayıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?