Azərbaycan Milli Bankı pul çapı müqavilələri üçün Avstriya zərbxanasından ödəniş alıb. BBC-nin məlumatına görə, bu barədə Vyana prokurorluğu açıqlama yayıb. Məlumata görə, prokurorluq bu ödənişlərlə bağlı doqquz adamı rüşvətxorluqda suçlayıb. Həbs olunanların arasında Avstriya Milli Bankının rəhbərinin müavini də var.
Bloomberg News xəbər saytının əldə etdiyi ittiham qərarında deyilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı və Suriyada Mərkəzi Bankın rəhbəri Adib Mayaleh qeyri-leqal ödəniş alıb.
Üİstər Azərbaycan, istərsə də, Suriya Mərkəzi Bankının rəhbəri cənab Mayalehə qarşı heç bir ittiham irəli sürülməyib", - məlumatda deyilir.
Məlumata görə, Avstriya rəsmiləri Azərbaycan Milli Bankı və digər azərbaycanlı rəsmilərlə razılaşmışdılar ki, yeni manat banknotlarını çap etmək üçün əlavə 20 faizlik vergi əlavə ediləcək.
Azərbaycan Mərkəzi Bankının sözçüsü Namiq Əliyev isə Bloomberg- ə məsələ ilə bağlı şərh verməkdən imtina edib. İş günü bitdiyinə görə, BBC Azərbaycan bankla əlaqə saxlaya bilməyib.
Adib Malayeh deyib ki, ittihamlar həqiqəti əks etdirmir. "Birinci dəfədir ki, bu barədə eşidirəm. Bizim Avstriyada pul çap etməyə ehtiyacımız yoxdur. Bizim Rusiya ilə müqaviləmiz var" - o, Bloomberg-ə deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?