Gundemxeber.az » İqtisadiyyat » Mərkəzi Bank inflyasiya proqnozunu dəyişmədi
2023-cü ildə Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozunu dəyişməyib.
Gundemxeber.az xəbər verir ki, bu barədə AMB-nin pul siyasi ilə bağlı qərarında qeyd edilib.
Bildirib ki, daxili bazarda inflyasiyanın pikdən azalma dinamikasını müşahidə edilsə də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.
“Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir”- AMB qeyd edib.
Vurğulanıb ki, banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də yüksək olaraq qalır və cari ilin fevralında 15.7% təşkil edib. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər: “Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır”.
GUNDEMXEBER.AZ15-11-2017, 19:15
9-01-2020, 14:37
14-03-2016, 12:27
21-11-2017, 16:54
28-12-2018, 11:00
Sorğu
Yeni dizaynımız necədir?