GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bahalaşmasının qarşısında DÖVLƏT ACİZ GÖRÜNÜR... - Sürətli YOXSULLAŞMA GEDİR...

Bahalaşmasının qarşısında DÖVLƏT ACİZ GÖRÜNÜR... - Sürətli YOXSULLAŞMA GEDİR...

Tarix: 19-04-2023, 12:11 Bölmə :İqtisadiyyat Baxış: 591

Bahalaşmasının qarşısında DÖVLƏT ACİZ GÖRÜNÜR...

Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb. Dəyişikliyə əsasən, idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15 faiz, 67 mal üzrə isə 5 faiz təşkil edirdi. Bu siyahıya balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Həmçinin gələn il yanvarın 1-dən Azərbaycana idxal olunacaq tropik meyvələr də 15 faiz gömrük rüsumundan azad ediləcək.

01 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq. Qeyd edək ki, bu ilin fevralın 8-də Nazirlər Kabinetinin qərarı ilə qeyd edilən mal növləri 2023-cü ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib.
İdxal mallarının gömrük rüsumundan azad edilməsi ərzaq qiymətlərinə nə dərəcədə təsir edə bilər? Adətən, istehsalçılar gömrük rüsumlarını əsas gətirərək qiymət artımının qaçılmaz olduğunu bildirir. Amma Baş nazirin qərarında gömrük rüsumundan azad edilən mallar sırasnda çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr də var. Yəni bu malların gömrük rüsumundan azad edilməsi çörək və un məmulatlarının, ətin, yumurtanın, tropik meyvələrin ucuzlaşmasına niyə səbəb olmamalıdır?

GUNDEMXEBER.AZ-in məlumatına görə, məsələ ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, idxal rüsumu başqadır, əlavə dəyər vergisi başqa:

- Baş nazirin qərarında gömrük rüsumundan azad edilən malların siyahısı verilib. Bu, idxal rüsumudur. Bir də var 18 fazi əlavə dəyər vergisi, hansı ki məhsulun üzərinə əlavə edilir, bu rüsum götürülməyib. Doğrudur, çörəyə, yumurtaya ƏDV tətbiq edilmir. Amma bütün digər, əksər mallara ƏDV tətbiq edilir. Çörəkdə ƏDV yoxdur, un məmulatlarının digərlərində isə var. Bu da qiymətin ucuzlaşmasına imkan vermir. Ümumiyyətlə, iqtisadiyyatın normal bazar münasibətləri şəraitində inkişafı üçün gömrük rüsumunun, hətta ƏDV-nin faizinin də azaldılması əsas şərt deyil. Əsas şərt inhisarçılığın aradan qaldırılmasıdır. İnhisarçılıq varsa, istəyirsən gömrük rüsumunu ləğv et, ƏDV-ni azalt və ya ləğv et, vəziyyət dəyişməyəcək. Yumurta ƏDV-dən azaddır, qiymət düşür? Əksinə, bəzi vaxtlarda qiymətdə kəskin artım baş verir. Ona görə də qiymət monopoliyasının qarşısını almaq üçün əvvəlcə inhisarçılığın qarşısı alınmalıdır. Bu edilmirsə, güzəştlərin effekti olmayacaq.

F.İbrahimov qeyd etdi ki, idxal olunan bir sıra malların gömrük rüsumundan azad olunma müddətinin uzadılması, əslində kənd təsərrüfatı, heyvandarlıq üçün müsbət tendensiyadır:

- İdxal rüsumundan azad edilən mallar arasında görürük ki, heyvan yemi, yem əlavələri, gübrələr, bitki toxumları var. Bunlar kənd təsərrüfatını stimullaşdıran amillərdir. Tutalım, bir fermerin 5 min baş heyvanı var, amma o, yem bazası baxımından korluq çəkirsə, təsərrüfatını böyütməyə risk etmir. Heyvan yemi, yem əlavələri gömrük rüsumundan azad edilirsə, bu, fermerə təsərrüfatını genişləndirmək imkanı yaradır. Həmçinin də gübrələr, bitki toxumları bitkiçilik, bostançılıqla məşğul olanların imkanlarını artırır.

Bir sıra malların gömrük rüsumundan azad edilməsi qiymət siyasətinə necə təsir edəcək məsələsinə gəlincə, hesab edirəm ki, bu qərar qiymət artımının qarşısını almaq üçün yox, qiymətlərin stabil qalması üçündür. Yəni heç olmasa, bundan sonra qiymətlər bahalaşmasın. Ümumiyyətlə, qiymətlərə dövlət nəzarəti formalaşmalıdır. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu avtomobillər gömrük rüsumundan azad edildi - Qərar

    Bu avtomobillər gömrük rüsumundan azad edildi - ...

    5-02-2020, 12:18

  • 
  • Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib - 2020-ci il yanvarın 1-dək

    Azərbaycanda bəzi yanacaq markaları gömrük ...

    15-04-2019, 11:13

  • 
  • Mazut gömrük rüsumundan azad edildi

    Mazut gömrük rüsumundan azad edildi ...

    7-04-2016, 11:42

  • 
  • ​Azərbaycanda bu məhsullar ucuzlaşa bilər

    ​Azərbaycanda bu məhsullar ucuzlaşa bilər ...

    29-11-2017, 22:25

  • 
  • Bayram qabağı əhaliyə şad xəbər - Son Dəqiqə

    Bayram qabağı əhaliyə şad xəbər - Son Dəqiqə ...

    19-12-2017, 17:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu