Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin gömrük rüsumundan azad edilib. Hazırda bu markalara 15%-lik gömrük rüsumu tətbiq edilir.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.
Nazirlər Kabineti həmçinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq, həmçinin KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin 1 tonu üçün aksiz dərəcəsi 1 manat müəyyənləşib.
Bu qərar da dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. //report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?