Ukraynada hakim partiyanın deputatı xalqın tərəfinə keçdi
Kiyevdə müxalifətin mitinqinin dağıdılmasından sonra Ukrayna paytaxtının milis rəisi Valeri Koryak istefa verib. Amma bundan əvvəl mitinqin dağıdılması ilə bağlı xidməti yoxlama ilə əlaqədar o, vəzifəsindən müvəqqəti kənarlaşdırılmışdı
İstefa qərarını milis rəisi bu gün daxili işlər naziri Vitali Zaxarçenkonun iştirakı ilə keçirilən kollegiya iclasında açıqlayıb.
Nazir isə bildirib ki, araşdırma müddətində rəis səlahiyyətlərinin icrasından kənarlaşdırılıb. İstefa müraciətinə isə araşdırmalar başa çatdıqdan sonra baxılacaq.
Ukraynanın xalq deputatı Nikolay Rudkovski hakim Regionlar Partiyasının parlament fraksiyasını tərk etdiyini bəyan edib. Kiyevdə aksiyanın dağıdılmasından sonra bu addımı atan deputat hökumətin istefasını tələb edib.
Virtualaz.org satının UNİAN-a istinadən verdiyi məlumata görə, o, meydanda baş verənlərdən utandığını bildirib: “Əksər həmvətənlərim kimi hesab edirəm ki, Ukrayna Avropadır”.
Xatırladaq ki, Radanın daha iki deputatı - David Jvaniya və İnna Boqoslovskaya da Regionlar Partiyasının parlament fraksiyasını tərk etmək niyyətlərini açıqlayıblar. Sonuncu həm də hakim partiyadan çıxmağı planlaşdırır.
Şənbə günü səhər xüsusi təyinatlılar Kiyevin mərkəzində Avropa inteqrasiya tərəfdarlarının mitinqini dağıdıb. Əməliyyat zamanı 35 nəfər xəsarət alıb. Onlardan 7-si hələ xəstəxanadadır. Artıq müxalifətin mitinqləri Mixaylovsk meydanında davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?