Avqustun 13-də Çexiya prezidenti Miloş Zeman baş nazir İrji Rusnokun istefasını qəbul edib.
“Media forum” saytı xəbər verir ki, baş nazirin istefasına onun avqustun 7-də parlamentdən dəstək ala bilməməsi səbəb olub.
Avqustun 16-da Çexiya parlamentinin aşağı palatasının buraxılması məsələsinin müzakirə olunacağı gözlənir. Deputatlar səlahiyyətlərinin vaxtından tez dayandırılmasına səs versələr, prezident aşağı palatanı buraxacaq.
Parlament buraxıldıqdan sonra dövlət başçısı növbədənkənar parlament seçkisi təyin etməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?