GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » 2012-ci il pafosu və beton üzərində yaşayan ailə

2012-ci il pafosu və beton üzərində yaşayan ailə

Tarix: 23-12-2012, 11:40 Bölmə :İqtisadiyyat Baxış: 598
2012-ci il pafosu  və beton üzərində yaşayan ailə

«Eurovision» hamıya sevinc gətirmədi, bəs Olimpiada adi adamlara nə verəcək?

gundemxeber.az İqtidar təbliğatçıları Azərbaycanın yüksək inkişaf tempindən bəhs edir. Hətta “analoqu olmayan inkişaf”, “regionun lider dövləti” kimi terminlərdən də istifadə olunur. Belə məddahlar bəzi hadisələri də önə çəkir:
- 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsi Bakıya minlərlə əcnəbi gətirdi. Ancaq bu tədbir üzündən evindən didərgin salınanlar da oldu...
- İdmançıların da uğuru az olmadı. London Yay Olimpiadasından 10 medal qazanıldı – 2 qızıl, 2 gümüş, 6 bürünc. Prezident İlham Əliyev: «2012-ci ildə idmançılar müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal qazanıb. Onlardan 255-i qızıl medaldır. İdmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil ediblər».
- TANAP layihəsi ilə bağlı qanun imzalandı. TANAP qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq. İlk dövrdə TANAP kəməri ilə axıdılacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
- Sovet dövrü əmanətləri qaytarılmağa başladı.
Bütün bunlar hakimiyyətin rəsmi təbliğatında yer alan məlumatlardır. Bəs sadə Azərbaycan vətəndaşları rəsmi təbliğatın pafosunu gerçək həyatda necə yaşayır?
Neftçalanın mərkəzindən 10 km aralı olan Söyüdlü kəndinin 34 yaşlı sakini Vüsal Tağıyev Azadlıq Radiosuna danışır. Deyir bir neçə il əvvəl gözündən əməliyyat olunub, iş qabiliyyətini itirib. Övladlarından böyüyü 3-cü, digəri 1-ci sinfə gedir, sonbeşiyi isə xəstədir: «Beş nəfərlik ailəyik. 24 kvadratmetrlik yerdə qalırıq. Betonun üstündə. Uşaqlar xəstələnir. İcra hakimiyyətinə, bələdiyyəyə, qəsəbə nümayəndəliyinə demişəm, kömək eləyən olmadı. Gəlib baxsanız, görərsiniz, burda it də yaşamaz. Deyirəm tavana, döşəməyə material verərdilər, tanış adamlar var, yardım edərdilər, düzəldərdik. Soyuqda kömək olardı. Hamısına demişəm, deyirlər köməklik eləyə bilməzlər, elə vəsait yoxdur. Deyirəm yaxşı, uşaqlarımı götürüb Prezident Aparatına getsəm, onda necə olacaq?”
Vüsal Tağıyev başqa heç bir gəlir mənbəyinin olmadığını, əlil təqaüdü üçün də ondan rüşvət istənildiyini deyir. Üstəlik, soyuqlar düşəndən xərcləri də artıb. Yaşadıqları yeri odunla qızdırırlar, çünki elektrik qızdırıcılarının xərcini ödəyə bilmirlər: «Birini tapırıq, birini tapmırıq. Yoldaşımın qızıllarını, bəxt üzüyünü də satdıq. Bilinmir nə olacaq».
Söyüdlü qəsəbə icra nümayəndəsinin müavini Əliağa Əlihüseynov deyir ki, icra nümayəndəliyinin Vüsal Tağıyevə yardım imkanı yoxdur: «Bələdiyyəyə dedik, gücü iki xalçaya çatdı, betonun üstünə saldılar ki, uşaqlar betonun üstündə qalmasınlar. Ona da razıdırlar. Bizim başqa imkanımız yoxdur. İcra hakimiyyətinə müraciət edib, yəqin imkan olsa, kömək edərlər».
Vüsal Tağıyev ümidini 2013-cü ilə bağlayıb: «Ünvanlı sosial yardım verirlər, onu da əskik. 140 manat verirlər. Televizorda deyilənə görə, bu il 93 manat olub. Yanvar gəlincə, gedib deyəcəm ki, uşağın birinə 93 manat verilməlidir. Verməsələr, şikayət edəcəyəm».
Bəs 2013-cü ildən nə gözləmək olar? 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 8 manat artırılıb, 116 manat olub. Ehtiyac meyarı isə 93 manat müəyyənləşib, yəni 9 manat artıb. Ötən il əməkhaqqı sarıdan üzügülən olmadı. Büdcə işçilərinin maaşlarının 2013-cü ildə - prezident seçkisi öncəsi artırılacağı istisna deyil. Təbii ki, baxır kimin nə qədər. Məsələn, gələn il təhsilə 1 milyard 530 milyon manatdan bir qədər artıq pul ayrılacağı gözlənilir, yəni müəllimlərin maaşı təxminən 10 manat arta bilər. Elə həkimlərin də o qədər. Ancaq ola bilsin, seçki ilində hüquq-mühafizə işçiləri daha çox sevinsinlər, onlara 12 faiz çox vəsait nəzərdə tutulub. www.azadliq.org/content/article/24755508.html. 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. «Eurovision» hamıya sevinc gətirmədi, bəs Olimpiada adi adamlara nə verəcək – bunu Yeni İldə biləcəyik.
«Musiqi öləndə hər şey ağ-qaraya çevrilir, günəş də çıxmır musiqi öləndə». Səbinə Babayeva və Alim Qasımovun «Eurovision» müsabiqəsində ifa etdiyi mahnıda belə deyilir. Qoy, bu bədbinlik yalnız sözdə qalsın, Yeni İl hamının, elə Vüsal Tağıyevin övladlarının da üzünü güldürsün...

Arifə Kazımova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Soçi Olimpiadasının pul çempionu - Azərbaycan...

    Soçi Olimpiadasının pul çempionu - Azərbaycan... ...

    4-02-2014, 21:19

  • 
  • Dünya rekordçumuz qızıl medal qazandı

    Dünya rekordçumuz qızıl medal qazandı ...

    17-12-2012, 13:14

  • 
  • İdmançılarımız 3 medalla döndülər

    İdmançılarımız 3 medalla döndülər ...

    8-10-2013, 01:11

  • 
  • Azərbaycan medal sayına görə liderlər sırasındadır (CƏDVƏL)

    Azərbaycan medal sayına görə liderlər ...

    15-06-2015, 21:31

  • 
  • Azərbaycana 6 medal qazandıran qəhrəmanlar

    Azərbaycana 6 medal qazandıran qəhrəmanlar ...

    15-06-2015, 07:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu