İran Prezidenti Həsən Ruhani bəyan edib ki, gələn ildən (İranda il 21 martda dəyişir) ölkədə benzinin qiyməti qalxacaq. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər yayıb.
Məlumata görə, enerjidaşıyıcıların (neft, qaz, benzin və digərlərinin) qiymətlərinin orta hesabla 33 faiz artması növbəti il üçün ölkənin dövlət büdcəsinin layihəsində nəzərdə tutulub.
Prezident qeyd edib ki, benzinin qiyməti hətta digər enerjidaşıyıcılardan çox arta bilər.
Hazırda İranda benzinin dövlət tərəfindən subsidiyalaşdırılan bir litrinin qiyməti 4 min rialadır (16 sentə yaxın), halbuki sərbəst bazarda bir litr benzini qiyməti yeddi min riala çatır.
Bu gün avtomobillərə malik olan İran vətəndaşları hər ay dövlətdən 60 litr benzinə görə maddi yardım alırlar, ancaq növbəti təqvim ilində bir litr benzin üçün onlar yeddi min rial ödəməli olacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?