GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » FED bu gün faiz artımına qayıdacaqmı?

FED bu gün faiz artımına qayıdacaqmı?

Tarix: 26-07-2023, 15:24 Bölmə :İqtisadiyyat Baxış: 441

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) bu gün uçot dərəcəsinə yenidən baxacaq.

Gundemxeber.az xəbər verir ki, ABŞ-də iqtisadi artımın gözləniləndən çox olmasına baxmayaraq, sonuncu iclasda FED uçot dərəcəsini sabit saxlayıb. Buna kimi isə tənzimləyici ardıcıl olaraq 10 iclasda faiz dərəcəsini bütövlükdə 500 baza bəndi artırıb. Sərt pul-kredit siyasətində pauza götürmək qərarı inflyasiya və işsizlik kimi əsas makroiqtisadi göstəricilər üzrə müsbət tendensiya fonunda verilib. Belə ki, mayda istehlak inflyasiyası əvvəlki aydakı 4,9%-dən 4,0%-ə düşüb. Bu son iki ilin ən minimal göstəricisi olub. Eyni zamanda hesabat ayında işsizlik apreldəki 3,3%-dən 3,7%-ə qalxıb. Oxşar tendensiya ötən ay da müşahidə olunub.

İyunda istehlak inflyasiyası 2021-ci ilin martından bu yana ən aşağı həddə düşüb. İş yerlərinin artımı da yavaşlayaraq son iki ilin minimumunda qərarlaşıb. Bununla belə ötən ay amerikalıların əməkhaqqı artımı, son iki ildə ilk dəfə olaraq qiymət artımını keçib. Belə ki, istehlak inflyasiyası 3% olduğu halda, özəl sektorda 1 iş saatının ödənişi 4% artıb. Bir tərəfdən, maaşların artımında müşahidə olunan sabit tendensiya, digər tərəfdən isə, xüsusilə benzin və ərzaq qiymətlərinin azalması ABŞ-də istehlak inamının son il yarımın maksimumuna çatmasını təmin edib. Alıcılıq qabiliyyətinin yüksəlməsi isə istehlak xərclərinin artmasına gətirib çıxaracaq, bu isə öz növbəsində iqtisadi inkişafı stimullaşdıracaq. Belə bir durum son aylar ABŞ iqtisadiyyatı üçün “damokl qılıncı”na çevrilən ressesiyanı önləmək baxımından önəmli olsa da, FED-in inflyasiyanı cilovlamaq üçün iqtisadiyyatı soyutmaq siyasəti üçün arzuolunmazdır. Əmək bazarının hələ də kifayət qədər güclü olduğu, qiymətlərin azalma tempinin isə gözlənilən dərəcədə sürətli olmaması FED-i yenidən faiz artımına getməyə məcbur edəcək. Bu mənada bugünkü iclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 5,25-5,5%-ə çatdırılacağı labüd görülür.



Faiz artımı ABŞ dollarının digər valyutalar qarşısında dəyər qazanmasına gətirəcək. Azərbaycanda Mərkəzi Bank tərəfindən sabit məzənnə siyasəti həyata keçirildiyi üçün manat dollar qarşısındakı məzənnəsi dəyişməz olaraq qalacaq. Lakin manatın xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın ABŞ dollarına nisbətən məzənnələri əsasında müəyyənləşdiyi üçün dolların başqa valyutalar qarşısında dəyər qazanması manatın da başqa valyutalar qarşında möhkəmlənəcəyi anlamına gəlir.

Xatırladaq ki, FED 2022-ci ilin mart ayında 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırıb. Mayda uçot dərəcəsi 0,5 faiz bəndi artırılaraq 0,75-1,00%-ə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,50-1,75%-ə, iyulda 0,75 faiz bəndi artırılaraq 2,25-2,50%-ə, sentyabrda 0,75 faiz bəndi artırılaraq 3,00-3,25%-ə, noyabrda daha 0,75 % artırılaraq 3,75-4,00%-ə, dekabrda 0,50 faiz bəndi artırılaraq 4,25-4,50%-ə, 2023-cü ilin fevralında 0,25 faiz bəndi artırılaraq 4,50-4,75%-ə, martda 0,25 faiz bəndi artırılaraq 4,75-5,00%-ə, mayda 0,25 faiz bəndi artırılaraq 5,00-5,25%-ə çatdırılıb. İyunda tənzimləyici faiz dərəcəsini sabit saxlayıb.


Gundemxeber.az


 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FED uçot dərəcəsini açıqladı

    FED uçot dərəcəsini açıqladı ...

    30-01-2020, 10:54

  • 
  • FED uçot dərəcəsini artırdı - dollar bahalaşacaqmı?

    FED uçot dərəcəsini artırdı - dollar ...

    14-12-2017, 11:17

  • 
  • Dollarla bağlı mühüm qərar verildi

    Dollarla bağlı mühüm qərar verildi ...

    27-07-2017, 01:48

  • 
  • FED-in uçot dərəcəsini aşağı salmasının mümkün təsirləri nə olacaq? - TƏHLİL

    FED-in uçot dərəcəsini aşağı salmasının mümkün ...

    29-07-2019, 17:09

  • 
  • 'Manatın devalvasiyasının FED-ə dəxli yoxdur'

    'Manatın devalvasiyasının FED-ə dəxli yoxdur' ...

    21-02-2017, 18:16


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu