İqtisadcı ekseprt Oqtay Haqverdiyev: "Yanacağın bahalaşması bütün sahələrdə qiymətləri artıracaq"
İqtisadiyyat Təsəlli ya da dəstək üçün demirəm, sadəcə bu bir faktdır ki, dünyanın heç bir ölkəsində heç bir xalq qiymət artımını bəyənmir. Benzinin bahalaşması əksər hökumətlərin qeyri populyar addımlarındandır ki, həmişə eyni qızğınlıqla müzakirə olunur. Təbii ki, Azərbaycan da istisna deyil. Səhv axtarıcılarının belə hallarda ən çox ilişdikləri iki məqam olur, bir sual, niyə bahalaşdırdılar? Başqa bir sual, niyə camaatı əvvəlcədən xəbərdar etmədilər?
Əvvəlcə, birinci məsələ barədə. Hökumətin öz iqtisadi siyasəti var. Daxili bazarda vəziyyəti tənzimləmək və ya daxili bazarı qorumaq da bu siyasətin tərkib hissəsidir. Son dəfə benzinin qiyməti 6 il əvvəl qalxmışdı. Əslində qiymət islahatların üstündən kifayət qədər vaxt keçib və hökumətin belə bir addım atmasını təbii hesab edənlərin məntiqini qəbul etmək olar.
Dünya bazarı var, onun öz qanunları var və dünya bazarı ifadəsini qəbul ediriksə, deməli Azərbaycanın da onun tərkib hissəsi olması faktı ilə barışmalıyıq. Gəlin xatırlayaq. Son 6 ildə bazarda nə və nə qədər bahalaşıb. Özü də mən hökumətin yox, sadə camaatın əlində olan qiymətlərin artımından danışıram. Deməli camaat özünün qiymət qaldırmasını qəbul edir, amma bunu hakimiyyət edəndə narazı qalır. Niyə bahalaşdırırlar?-sualını verənlərin öz qərarlarını izah etmək üçün məntiqli saydıqları fikirlər çoxdur. Əvvəla, ənənəvi arqument: qonşu ölkələrdə benzin bizdən bahadır. İkincisi, yanacağın bahalaşması avtomobil almaq istəyənləri öz fikrindən müəyyən qədər daşındıracaq. Bu isə insanların getdikcə çıxılmaz probleminə çevrilən tıxacların azalmasına kömək edə bilər. Büdcə vəsaitinin artması da qaçılmazdır və daha bir neçə xırda para və sairlər.. Və yanacaq sərf edənlərin-sürücülərin istifadə etdikləri bütün yolların təmiri də elə dövlətin boynunadır.
Narazıların məntiqi isə ümumi şəkildə belə izah oluna bilər. Benzin qalxdısa, hər şey qalxacaq. İlk növbədə elektrik enerjisi və bununla bağlı olduğu üçün bütün istehsal məhsulları. Daha çox aztəminatlı ailələrin cibi boşalacaq. Başı dolacaq. Maaşlar və təqaüdlərin qalxmasının effekti öləcək və burda da digər oxşar xırda para və sairlər…
İndi isə ikinci sual. Bahalaşdırma planları barədə niyə əvvəldən xəbər verilmir? Əvvəla yəqin ona görə ki, dünyanın əksər ölkələrində belə qeyri populyar addımlar qəflətən atılır. İndi hesab edək ki, xəbərdarlıq edilir: əziz xalqımız, bu gecə saat 12-də qiyməti artıracaq. Gəlin bundan sonrakı mənzərəni təsəvvür edək: çəllək qalmır, kanistr qalmır, ləyən qalmır, vedrə qalmır, hətta hamam vannalarına qədər, az-çox maye yığmaq qabiliyyətinə malik hər şey benzinlə doldurulur. Maşınlar yanacaq doldurma məntəqələrinə bir yox, 100 əlavə qabla gəlir, dayanmadan benzin vurulur, məntəqələrdə yanacaq ehtiyatı tükənir, basabas başlayır, dava-dalaş. Qarışıqlıq başlayır və sair… Bu ehtiyat nə qədər müddətə çatacaq həmin ehtiyatcıl qardaş və bacılara? Bəs sonra???
Bax müstəqilliyinin qüdrətlənmə dövründə olan ölkələrdə belə əcayib-qəraib hadisələr baş verməsin deyə, hökumət belə addımları qəfil atır. Gözlənilmədən. Fakt qarşısında qalırsan və başlayırsan bu faktla barışmağa.
Amma bu ayrı məsələdir ki, belə hadisələrlə bağlı izahat işləri aparmaq, olanları camaata təfərrüatı ilə, soyuqqanlı şəkildə izah etmək lazımdır. Aztəminatlı ailələrin dolanışığına bu hadisənin fəsadları necə təsir göstərəcək. Onlara nə qədər kompenasiyasiya ödənəcək? Doğrudur, rabitə xidmətlərinin ucuzlaşması, xariclə telefon danışıqlarının qiymətinin endirilməsi də baş verdi. Amma oyun deyəsən şama dəymir axı. İndi evində komputeri və internetə çıxışı olan hər bir kəs, deməli əhalinin böyük əksəriyyəti skayp-ın, Ay-pi telefoniyanın nə olduğunu bilir, Bakıda oturub dünyanın ən ucqar nöqtəsi ilə pulsuz danışır. Mən mobil telefon çıxandan sonra ev telefonlarının nə qədər taqətdən düşdüyünü demirəm. Belə çıxır ki, hökumət demək olar ki, istifadə olunmayanın qiymətini aşağı salmağın guya müsbət effekti ilə demək olar ki, hamının və getdikcə daha çox istifadə etdiyinin qiymətini qaldırmağın mənfi effektini bağlamaq istəyib.
Təəssüf ki, son qərar məhz izahat baxımından pis işləndi.
Və nəhayət sosial şəbəkələrin son qiymət artımına özünəməxsus münasibəti barədə. Bu münasibətlərin özünə məxsus olması mənə şübhəli görünür. Ola bilər ki, özgələrinə də məxsusdur! Çünki bu şəbəkələrdə bəziləri qaşınmayan yerdən benzin çıxarmağa cəhd göstərməklə öz müstəqilliyini hər an qorumaq məcburiyyətində olan Azərbaycanın belə həssas vaxtlarında yumşaq desəm ehtiyatsız davranırlar.
Amma bizi uşaq vaxtından öyrədiblər ki, ətrafda, qaz, benzin iyi varsa, odla oynamazlar. Qardaşlar və bacılar. Evimiz birdir.
Benzinin bahalaşması sadə vətəndaşımıza və mürəkkəb dövlətimizə nə vəd edir? Bu və mövzudan doğan başqa aktual suallara iqtisadi ekspertimiz Oqtay Haqverdiyev cavab verib.
İqtisadi ekspertimiz, Oqtay Haqverdiyev: “Bilirsiniz ki, 2014 –cü ildə büdcənin gəlirləri, 2013-cü ilə nisbətən 4,1 %, 775 milyon manat azalıb. Bunu dövlət hardan götürməlidir? Ona görədə bir mütəxəssis kimi, hesablamışam. Misal üçün sırf benzinin qiymətinin artırılmasından dövlət büdcəsi 250-dən 300 milyona manata qədər udacaq. Burada yanacaqların başqa növləri də var: dizel və s. Sonra bu artımın zəncirvari iqtisadiyyatın digər sahələrinə təsiri olacaq. Yəni artım hamısına aid olacaq, ondanda təxminən 400- 450 milyon manatı büdcə əldə edəcək. Büdcə burdan udur bilirsiniz nəyə görə? Çoxları bunu ayrı cürə başa düşüb elə bilirlər ki, bunu Neft Şirkəti artırıb. Amma elə deyil. Bu artım aksiz artımıdır. Neft şirkətinin buna heç bir aidiyyatı yoxdur. Aksiz elə şeydir ki, dövlətin siyasətidir. 100% nə yığıldısa hamısı büdcəyə gedir. 7 il bundan qabaq, son dəfə bu addımlar olub. Bu 7 ildə əhalinin pul gəlirləri iki dəfə artıb. Büdcədən maliyyələşən işçilərin maaşları ayrı- ayrı kateqoriyaları götürəndə, misal üçün hərbçilər, müəllimlər, həkimlər, prokroturada var, onlar təxminən bir 3 dəfə artıb. Əsasıda odur ki, 2007-ci ildə neftin bir barreli 57 dollar idi, indi 110 dollara qədər bahalaşıb. Bunlar hamısı şərtdir. Ona görədə zərərdən danışanda mən həmişə qeyd edirəm bazar iqtisadiyyatında hamı bunu bilməlidir. Daim artım olacaq. Bu qaçılmazdır, çünki bazar iqtisadiyyatında bir prinsip var tələb və təklif. Bizim bütün iqtisadiyyatımız yanacaq üstündə qurulub. Təkcə bizdə yox dünyanın hər yerində belədir. Yanacağı kim istifadə edir? İlk növbədə nəqliyyat, nədir? Nəqliyyat həm yük daşıyır, həmdə sərnişin daşıyır. Fikir verin ki nə qədər şirkətlər var, çoxusuda özəldir. Benzinin, dizelin qiyməti artırsa, oda fikirləşir ki, zərərlə işləməməlidir. Ən əsası ayrı- ayrı sahələri götürəndə xüsusilə kənd təssərüffatı çox pis vəziyyətə düşəcək”.
Sorğu
Yeni dizaynımız necədir?