Gundemxeber.az » İqtisadiyyat » “Bakı Sığorta” geriləməkdə davam edir - ŞİRKƏTİN YIĞIMLARI AZALIR
“Bakı Sığorta” ASC-nin satış komandası bu ilin 10 ayında cəmi 4 milyon 368 min manat həcmində yığım əldə edə bilib.
Gundemxeber.az Mərkəzi Bankın rəsmi hesabatına istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 1 milyon 32 min manat, başqa sözlə 19,1% azalıb.
Ötən ilin eyni dövründə “Bakı Sığorta” ASC-nin yığımları 5 milyon 400 min manat olub.
Sığorta ödənişləri isə 2 milyon 579 min manat olub ki, bu da illik müqayisədə 460 min manat və ya 21,7% artım deməkdir. Ötən ilin 10 ayında şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2 milyon 119 min manat sığorta ödənişi verilib.
Şirkətin ümumi portfel üzrə zərərlilik göstəricisi isə 59% təşkil edib.
Gundemxeber.az
29-06-2020, 14:23
31-10-2022, 17:45
5-08-2016, 14:53
5-02-2014, 13:39
15-08-2020, 12:43
« Sentyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
Sorğu
Yeni dizaynımız necədir?