Gundemxeber.az » İqtisadiyyat » Avropa Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilən iclasında uçot dərəcəsi 4,5 % səviyyəsində saxlanılıb.
Bu barədə tənzimləyicinin bəyanatında bildirilir.
“Əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, o cümlədən marjinal kredit xətti və depozit xətti üzrə faiz dərəcələri sabiq qalaraq müvafiq olaraq 4,50 %, 4,75 % və 4,00 % təşkil edəcək”, - məlumatda qeyd edilib.
Bundan başqa, ECB cari il üçün avrozonanın ÜDM artımı proqnozunu sentyabrda gözlənilən 0,7 %-dən 0,6 %-ə endirib. 2024-cü il üçün proqnoz da əvvəllər gözlənilən 1 %-dən 0,8 %-ə endirilib. 2025-ci ildə ECB avrozonanın ÜDM-nin 1,5 % artacağını gözləyir.//Report
19-02-2020, 15:28
20-08-2020, 15:52
15-03-2019, 16:24
20-12-2018, 10:45
26-06-2017, 17:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?