“Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) keçmiş işçilərini məhkəməyə verib.
Söhbət bankın İdarə Heyəti sədrinin keçmiş müavini Vahid Əliyev, Gəncə filialının müdiri Nərminə Dərgahzadə, baş müsahib Ramal Bağırlı və xəzinədar Elçin Qəniyevdən gedir. Məlumat üçün deyək ki, Vahid Əliyev 2017-ci ildə həbs olunub. O, 2011-ci ildən banka pul qoyan 15 nəfər müştərinin 500 000 manat yaxın pulunu mənimsəməkdə ittiham edilib. Bu iş üzrə Nərminə Dərgahzadə, Ramal Bağırlı və Elçin Qəniyevin də məsuliyyətə cəlb olunduğu bildirilir. Məlumata görə, “Yunayted Kredit Bank” ASC-nin iddia tələbi mənimsənilən pulların geri qaytarılması ilə bağlıdır. İş hazırda apellyasiya mərhələsindədir. Bundan əvvəl isə Vahid Əliyev “Yunayted Kredit Bankı” ASC-ni məhkəməyə verərək əmək haqqı tələb edib. 2016-cı ildə “Yunayted Kredit Bank” ASC-nin lisenziyasını ləğv edilib.
Sorğu
Yeni dizaynımız necədir?