Bu ilin oktyabr ayı ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 7778 yeni abonent qeydiyyata alınıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, yeni qeydə alınan abonentlərdən 3001-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 4777-si isə regionların payına düşüb.
Ümumiyyətlə cari ilin yanvar-oktyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 68111 təşkil edib. Bu göstəricinin də 24904-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 43207-si isə regionlar üzrə olub.
Cari ilin oktyabr ayında əhali sektoru üzrə 142 mln. 862 min 309 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 113,2% təşkil edib. Onu da qeyd edək ki, noyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 125 590 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 331 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?