Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 1,37 milyon barel artaraq 448,53 milyon barrelə çatıb.
GundemXeber.Az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında məlumat verilir.
Məlumata görə, ötən həftə ABŞ-da benzin ehtiyatları 4,46 milyon barel azalaraq 239,74 milyon barel təşkil edib. Kommersiya distillat ehtiyatları 4,13 milyon barel azalaraq 117,01 milyon barrelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 2,74 milyon barel artacağını, benzin ehtiyatlarının 1,75 milyon barrel və distillat ehtiyatlarının 663 min barrel azalacağını gözləyirdilər.
ABŞ-da yanacaq ehtiyatlarında dəyişikliklərlə bağlı məlumatların açıqlanmasından sonra neftin qiymətinin bahalaşması daha da güclənib. Brent neftinin qiyməti 83,25 dollara çatıb.
Bundan əlavə, bazar Səudiyyə Ərəbistanının aprel ayında ölkənin ən böyük bazarı olan Asiyaya satdığı neftin qiymətlərini qaldıracağına dair xəbərdən müsbət təsirlənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?