Gundemxeber.az » İqtisadiyyat » Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı – Çörəyin qiyməti dəyişməz qalıb
Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24,6-26,7 manat arasında dəyişir.
Təxminən 25 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son 25 gün ərzində unun topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb.
Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 24,6 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 26,7 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5% ucuzlaşıb.
Maraqlıdır ki, ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, ötən ilin yanvar ayında 1 kiloqram çörəyin qiyməti 1,34 manat olub. Bu ilin aprel ayının əvvəlinə olan rəsmi məlumatda isə göstərilir ki, 1 kiloqram çörəyin qiyməti 1,19 manat təşkil edib.
Açıqlanan rəsmi məlumatdan da göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi 1 kiloqram çörəyin qiyməti cəmi 11% ucuzlaşıb.
Gundemxeber.az
11-12-2016, 13:00
5-11-2017, 23:34
30-08-2022, 12:38
15-10-2019, 12:07
6-01-2022, 14:02
Sorğu
Yeni dizaynımız necədir?