Azərbaycanda unun qiyməti son bir ay ərzində ikinci dəfə artıb. İqtisadiyyat.az xəbər verir ki, ötən gündən etibarən unun topdansatış qiymətində növbəti dəfə 0,5-1,2 manat artım qeydə alınıb.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 28,30-29,80 manat aralığında dəyişir. İyunun 6-dək bu rəqəm 27,40-29 manat, ötən ay isə 24,60-26,70 manat təşkil edirdi.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM və "Nural" MMC tərəfindən bazara təqdim olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?