GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat »  Kirayə mənzil bazarında qiymətlər niyə düşmür?

 Kirayə mənzil bazarında qiymətlər niyə düşmür?

Tarix: 8-07-2024, 20:37 Bölmə :İqtisadiyyat Baxış: 376


2023-2024-cü tədris ili başa çatdığından Bakıda kirayə qalan bir çox tələbələr rayonlara qayıdıblar. Bu il məzun olanlar isə kirayə qaldıqları ev və mənzilləri sahiblərinə təhvil veriblər. Bunun isə kirayə mənzil bazarında qiymətlərə necə təsir edib-etməyəcəyi sual doğurur. Əvvəllər kirayədə qalan tələbələrin rayonlara qayıtması mənzil bazarında qiymətlərə təsirsiz ötüşməyib. Ekspertlərin fikrincə, əvvəlki illərə nisbətən artıq belə hallar kirayə mənzil bazarına o qədər də təsir göstərmir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, hələ ki kirayə mənzil bazarında vəziyyət stabildir.

Onun sözlərinə görə, ümumiyyətlə, yay aylarında xüsusilə də, demək olar ki, çoxmənzilli binalarda qiymətlərdə artım olmur. Ekspert bildirib ki, əsasən, dərs müddəti bitdikdən sonra tələbələrin bir çoxunun rayonlara səfər etməsinə görə qiymətlər nisbətən düşür: “Doğrudur, keçən il bunu müşahidə edə bilmədik. Çünki keçən il tələbələrin əksəriyyəti qiymətlərin yüksək olması səbəbindən sentyabrda geri döndükdə ev tapa bilmirdilər. O səbəbdən kirayə qaldıqları mənzilləri boşaltmamışdılar. Güman edirəm ki, bu il də belə olacaq. Çünki onların bir çoxu rayona getməkdənsə, Bakıda qalaraq işləməyə üstünlük verirlər. Hər halda bunu zaman göstərəcək. Amma qiymətlər hələ ki stabildir. Avqustun sonundan başlayaraq sentyabrın sonunadək qiymətlərdə dəyişiklik ola bilər. Bu isə müvəqqətidir.Dekabrdan başlayaraq yenidən vəziyyət stabilləşir”.

R.Qasımzadə hazırda kirayə mənzil bazarında qiymətlərin necə dəyişdiyindən də danışıb. Onun sözlərinə görə, hazırda kirayə mənzil bazarında qiymətlər bir otaqlılar üçün minimum 300 manatdan başlayır və 400 manata qədər dəyişir: “İkiotaqlılar təxminən 400-700 manata, üçotaqlılar isə təqribən 500 manatdan başlayaraq 800-1000 manata qədər təklif olunur. Yeni tikili binalarda isə qiymətlər kvadrat metrindən asılı olaraq formalaşır. Bir kvadrat metrin qiyməti təxminən 7 manatdan başlayaraq 12 manata qədər dəyişə bilir”.

Ekspert söyləyib ki, metrostansiyaya yaxın ərazilərdə yerləşən mənzillər daha baha, şəhərətrafı yerlərdə isə nisbətən ucuzdur: “Demək olar ki, qiymətlərin baha olduğu ərazilər metro yaxınlığında yerləşən mənzillərdir. Belə mənzillərin qiyməti digərlərindən fərqli olaraq təxminən 15-20% daha bahadır. Məsələn, metrostansiyanın yaxınlığında bir otaqlı mənzil 400 manatdırsa, bir qədər kənarda eynisini 300 manata da tapmaq olar. Paytaxtda əsasən, kirayə mənzillərin baha olduğu rayonlara Səbail, Nərimanov və Nəsimi daxildir. Xətai, Sabunçu və Suraxanı rayonlarında isə kirayə mənzil qiymətləri nisbətən ucuzdur”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, tədris ilinin başa çatması əvvəlki illərdə bazarda təklifin artmasına gətirib çıxarırdı. Onun sözlərinə görə, amma bu hal son illərdə, xüsusən pandemiyadan sonra müşahidə edilmir: “Çünki növbəti tədris ilində Bakıda qalacaq tələbələr, demək olar ki, evləri boşaltmırlar, ev yiyəsi ilə hər hansı bir formada razılığa gəlirlər. Çünki iki aydan sonra yenidən ev axtardıqda tapmaq mümkün olmur. Bütün bunlara baxmayaraq bu dövrlərdə az da olsa təklif artımını müşahidə edirik. Əvvəlki illərdə bu, qiymət azalmasına səbəb olurdu. Amma son illərdə bu müşahidə olunmur. Yəni qiymət azalması baş vermir. Çünki təklif portfelinin məhdudlaşması tendensiyası davam edir”.

Ekspert vurğulayıb ki, hazırda kirayə mənzilinə olan tələbat yüksək həddə çatıb, amma bununla yanaşı mənzil tapmaq çətinləşib: “Bu səbəbdən də biz bu dövrdə də azalma müşahidə etmirik. Amma məsələ burasındadır ki, hər il payız mövsümünə doğru qiymətlərdə artım müşahidə olunur. Hesab edirəm ki, bu il də təqribən oxşar tendensiyanı müşahidə edəcəyik. Hər bir halda qısamüddətli bir dövrdür. İndidən qiymətlərin hansı səviyyədə dəyişəcəyini söyləmək çətindir. Şəhərsalma prosesi davam edir. Şəhər mərkəzinə yaxın olan ərazilərin söküntüsü baş verir. Belə olan halda hər gün yeni qərarların qəbul olunması nəticəsində, ola bilər ki, təklif portfelinin əsas hissəsini təşkil edən hanısa bir ərazinin söküntüsünə başlanılsın. Bu isə payız aylarına doğru qiymətləri daha çox artıra bilər”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Karantin rejiminin yumşaldılması ilə Bakıda kirayə mənzillərin qiyməti qalxacaq?

    Karantin rejiminin yumşaldılması ilə Bakıda ...

    30-01-2021, 10:11

  • 
  • Kirayə ev axtarırsız? — Ucuzlaşma var

    Kirayə ev axtarırsız? — Ucuzlaşma var ...

    2-07-2017, 22:11

  • 
  • Bakıda daşınmaz əmlak bazarında VƏZİYYƏT

    Bakıda daşınmaz əmlak bazarında VƏZİYYƏT ...

    13-08-2016, 10:45

  • 
  • Bakıda kirayə mənzillər ucuzlaşdı

    Bakıda kirayə mənzillər ucuzlaşdı ...

    25-08-2017, 12:33

  • 
  • Mənzil alanlar belə aldadılır: Son 4 ildə…

    Mənzil alanlar belə aldadılır: Son 4 ildə… ...

    11-08-2017, 11:38


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (216)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu