Gundemxeber.az » İqtisadiyyat » Manatla bağlı BƏDBİN PROQNOZ – “Devalivasiya olacaq!"
Respublikaçıların namizədi Donald Trampın seçiləcəyi təqdirdə dolların dünya bazarındakı dəyərinin artacağı proqnozlarını verir. Bu, Azərbaycanın maliyyə bazarında ciddi narahatlığa səbəb olur. Digər tərəfdən, yaxın aylarda Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı xəbərlər yayılır.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə yenisabah-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda manatın məzənnəsi birjalarla deyil, inzibati qaydada tənzimlənir:
“Manatın dollara nisbəti dünyada baş verən proseslərdən az asılıdır. Yeganə asılılıq neft qiymətləridir. Çünki manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Bu, Nazirlər Kabineti və Mərkəzi Bankın birgə qərarı ilə ola bilər. Başqa cür mümkün deyil”.
İqtisadçının fikrincə, yaxın gələcəkdə manatın məzənnəsi dəyişəcək:
“Onsuz da bir müddətdən sonra bu qaçılmazdır. Çünki uzun müddət sabit məzənnə rejimini saxlamaq çox çətindir, hətta mümkün deyil. Artıq 9-cu ildir ki, sabit məzənnə rejimində yaşayırıq. Bu il olmasa da, gələn il və ya gələn ilin sonuna yaxın manatın məzənnəsi ilə bağlı hansısa qərar veriləcək”.
GUNDEMXEBER.AZ
17-12-2015, 14:34
11-02-2016, 19:30
4-11-2015, 10:59
16-11-2015, 12:36
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?