ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 833 min barel artaraq sentyabrın 6-da 419,14 milyona çatıb.
Bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) analitiklərinin həftəlik hesabatında bildirilib. Təşkilat açıqlayıb ki, sentyabrın ilk iş həftəsində ehtiyatların artmasına baxmayaraq, ABŞ-də kommersiya xammalının ümumi ehtiyatları ilin bu dövrü üçün beş illik orta göstəricidən dörd faiz aşağı olub. Hesabat dövründə əmtəəlik benzin ehtiyatları da xeyli artıb. Belə ki, sentyabrın 6-na onların həcmləri 221,55 milyon barel (üstəgəl 2,31 milyon) qiymətləndirilib. Öz növbəsində ölkədə distillat ehtiyatları bu müddət ərzində 2,31 milyon barel artaraq 125,02 milyon barel təşkil edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?