Komissiyasının enerjidən məsul üzvü Kadri Simson Brüsseldə Avropanın enerji transformasiyasında atdığı addımların qiymətləndirildiyi “Aİ Enerji Birliyi 2024” hesabatı ilə bağlı mətbuat konfransı keçirib.
Aİ-nin son iki ildə bərpa olunan enerjinin quraşdırılmasında sürətlə irəlilədiyini xatırladan Simson, 2024-cü ilin ilk yarısında külək və günəş enerjisinin ilk dəfə elektrik istehsalında qalıq yanacaqları geridə qoyaraq yeni bir rekorda imza atdığını deyib. Simson bərpa olunan enerji mənbələrindən geniş istifadəni təmin etmək üçün bazar inteqrasiyasının, şəbəkə və infrastruktur investisiyalarının vacibliyinə diqqət çəkib. Rus qalıq yanacaqlarından onilliklər boyu davam edən “asılılığa” son qoymağı bacardıqlarını ifadə edən Simson, keçmişdə Aİ-nin Rusiyadan hər il 150 milyard kubmetr qaz idxal etdiyini, lakin hazırda bunun 50 milyard kubmetrin altına düşdüyünü qeyd edib. “Rusiyadan asılılığımız 2021-ci ildəki 45%-dən keçən il 15%-ə düşüb”, – Simson bildirib. Aİ qaz çənlərinin hədəflənən 1 noyabr tarixindən həftələr əvvəl yüzdə 90 doluluğa çatdığını xatırladan Simson, Avropanın 2022-2024-cü illər arasında qaz istehlakını yüzdə 18 azaltdığını vurğuladı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?