GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Etibar Pirverdiyevə İLGİNC İTTİHAM - Sən demə...

Etibar Pirverdiyevə İLGİNC İTTİHAM - Sən demə...

Tarix: 30-10-2018, 13:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 620
Etibar Pirverdiyevə İLGİNC İTTİHAM - Sən demə...


Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalının artırılması uzun illərdir ki, müzakirə olunur. Dövlət səviyyəsində bu istiqamətdə bir sıra addımların atılmasına 2000-ci illərin əvvəllərində start verilib. Belə ki, 2004-cü ildə prezident tərəfindən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiqlənib. Eyni zamanda dövlətin bu sahə üzrə müəyyən etdiyi siyasətin həyata keçirilməsi üçün müvafiq dövlət qurumu - Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.

Müxtəlif vaxtlarda Azərbaycanda külək və günəş enerjisi istehsalı müəssisələrinin yaradılması istiqamətində müəyyən addımlar atılsa da, bu istiqamətdə ciddi dönüş yaratmaq mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, uzun müddət ərzində Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalının artırılmasına, bu sahəyə investisiyaların yönəldilməsinə “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev tərəfindən maneələr yaradılıb. Burada əsas məqsəd ənənəvi enerji istehsalı güclərinin yaradılmasına daha çox vəsaitin yönəldilməsinə nail olmaq olub. Belə ki, Azərbaycanda istilik elektrik stansiyalarında enerji istehsalı zamanı yüksək həcmdə şərti yanacaqdan(mazut və qaz) istifadə olunur. Enerji istehsalında sərf olunan şərti yanacağın miqdarının çoxluğuna görə Azərbaycan uzun müddət region ölkələri arasında öndə gedib. Mazut və qazı “Azərenerji” Dövlət Neft Şirkətindən (SOCAR) güzəştli qiymətə alır. Aldığı yanacağın dəyərini ödəməyən “Azərenerji”nin SOCAR-a olan borcları - yüz milyonlarla manat dəfələrlə dövlət tərəfindən bağışlanıb.

Mütəxəssis hesablamalarına görə, 3000 Kvt-a qədər gücə malik alternativ elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, Azərbaycanda külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi deməkdir.

Azərbaycanda külək enerjisinin istehsalı sahəsində geniş imkanlar mövcuddur. Abşeron regionunda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur. Mütəxəssislərin fikrincə, hər hansı yaşayış massivi - konkret halda mikrorayon üçün tələb olunan illik elektrik enerjisinin təqribən 30 faizini küləkdən almaq olar.

Bundan əlavə, Azərbaycanda yalnız kiçik su elektrik stansiyalarının imkanlarından istifadə edilsə, bir il ərzində 850 min ton mazuta qənaət olunar. Statistikaya görə, ölkənin illik külək enerjisi ehtiyatı 800 meqavatdır.

Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə də zəngindir. Xüsusilə Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, respublikanın bəzi bölgələrində isə 2900 saata çatır. Xarici mənbələrə görə, il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVt/s, Rusiyada 800-1600 kVt/s, Azərbaycanda isə 1500-2100 kVt/s təşkil edir. Göründüyü kimi, ölkənin günəş enerjisindən istifadə potensialı xeyli yüksəkdir.

Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını şərtləndirən əsas amillərdən biridir. Aparılmış çoxillik müşahidələr və tədqiqatlar nəticəsində müəyyən edilib ki, Azərbaycanın Xəzəryanı ərazisində küləyin illik orta sürəti 40-50 metr hündürlükdə saniyədə 7 metrdən az deyil. Abşeron yarımadasında isə 12-14 metr yüksəklikdə bu göstərici saniyədə 5,6-7,1 metr intervalında dəyişir.

Göründüyü kimi, bu qədər imkanların qarşılığında Azərbaycanda istehsal olunan elektrik enerjisinin heç 10 faizi də alternativ və bərpa olunan enerji mənbələrindən alınmır. Yuxarıda qeyd olunan rəqəmlər E.Pirverdiyev və onun himayəçilərinin hansı səbəbdən mazutun istifadəsini kəskin şəkildə azaldan külək və günəş enerjisi istehsalının artırılmasına qarşı çıxdıqlarını aydın izah edir. Onların yaratdıqları maneələrin nəticəsidir ki, illərdən bəridir Bakı ətrafında planlaşdırılan günəş elektrik stansiyalarının açılışı hələ də baş tutmur.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən həmin stansiyaların özəl sektorun sərmayəsini gözlədiyini deyirlər. Halbuki hər biri 10-15 milyon manat tələb edən stansiyaların qurulmasını dövlət hesabına rahatlıqla həyata keçirmək mümkündür.

Bu günlərdə açıqlanmış plana görə, Azərbaycan 2020-ci ilə kimi imkan gücü 10 faizə qədər bərpa olunan enerji mənbələrinin dövriyyəyə daxil edilməsini nəzərdə tutur. Əsas hədəf 2025-2030-cu ilə kimi bunun iki-üç dəfə artırılmasıdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəylinin sözlərinə görə, bunun nəticəsində Azərbaycan 2030-cu ildə 8 milyard kilovat saat təmiz bərpa olunan enerji mənbələrindən enerji əldə etməklə yanaşı, orta hesabla 3,2 milyard kubmetr təbii qaza qənaət etmiş olacaq./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində büdcə talanı

    Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə ...

    9-05-2014, 11:48

  • 
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00

  • 
  • Azərbaycan Almaniyaya məhsul satacaq

    Azərbaycan Almaniyaya məhsul satacaq ...

    24-12-2015, 15:09

  • 
  • Bölgələrdə hibrid stansiyaları yaradılacaq

    Bölgələrdə hibrid stansiyaları yaradılacaq ...

    20-11-2013, 12:50

  • 
  • 6 qurumun adı hökumətin rəsmi saytından niyə silinib?

    6 qurumun adı hökumətin rəsmi saytından niyə ...

    10-12-2013, 18:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu