Bu ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 161,2 milyon manatdan çox olub.
GUNDEMXEBER.AZ açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% və ya 395,7 milyon manatdan çox artıb. Məlumat üçün onu da bildirək ki, açıqlanan sonuncu rəsmi məlumata (yanvar-iyul ayları) görə Azərbaycanda orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% artaraq 1002,4 manat olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?