ABŞ Maliyyə Nazirliyi Qərbdə dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 20 milyard dollar kredit ayrıldığını açıqlayıb.
Qurumun bəyanatında qeyd edildiyi kimi, bu, G7 ölkələrinin Kiyevə 50 milyard dollar kredit ayırması təşəbbüsünün bir hissəsidir. "Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək", - deyə ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib. O əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Sorğu
Yeni dizaynımız necədir?