Ukraynanın yeni hakimiyyəti ölkənin iqtisadi böhrandan çıxarılması və 4 milyard dollarlıq təxirəsalınmaz yardım paketi ilə bağlı Avropa İttifaqı (Aİ) ilə danışıqlara başlayıb. Bu barədə Avropa İttifaqından yüksək rütbəli diplomat adının açıqlanmaması şərti ilə “Röyter” agentliyinə bildirib.
Ukraynanın yeni hökuməti ölkənin dirçəldilməsi üçün azı 35 milyard dollara ehtiyac olduğunu və Beynəlxalq Valyuta Fondunun (BVF) bu vəsaiti toplamaq üçün donorların konfransını çağıracağına ümid etdiyini bildirir.
Yeni maliyyə naziri Aleksandr Şlapak bildirib ki, BVF-nin yaxın vaxtlarda ölkəyə azı 15 milyard dollar kredit ayırmasına ehtiyac var.
Avropa İttifaqı diplomatı bildirib ki, Ukraynanın defolt təhlükəsindən xilas olunması üçün bu ölkəyə təxirəsalınmaz yardım ayrılmasına dair müzakirələr gedir. Gələn həftə Aİ rəsmiləri bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə gedəcək. Diplomat bildirib ki, Aİ həmçinin yaxın aylarda Ukraynaya yardım üçün donor konfransı da təşkil edə bilər.
“Türkiyə və Azərbaycan kimi ölkələr Ukraynaya geniş beynəlxalq maliyyə dəstəyi kampaniyasında iştirak etməkdə maraqlı olduqlarını bildiriblər” - deyə diplomat bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?