Gundemxeber.az » İqtisadiyyat » Dünya Bankı Ukraynaya 15 milyard dollar qrant ayırır
Ukrayna Nazirlər Kabineti dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən geri qaytarılmaq şərtilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 15 milyard dollar cəlb edilməsini təsdiqləyib.
Məlumatı Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz Telegram kanalında açıqlayıb.
Onun sözlərinə görə, bu məbləğ Ukrayna büdcəsinə dəstəyə yönəldiləcək.
Dekabrın əvvəlində Ukrayna Nazirlər Kabineti Rusiyanın dondurulmuş aktivlərindən vəsaitlərin alınması şərtlərini dərc edib. Kredit vəsaitləri Dünya Bankı tərəfindən oktyabrın 10-da yaradılmış Güclənən Ukraynaya İnvestisiya üçün Resursların Cəlb edilməsinin Asanlaşdırılması məqsədilə Maliyyə Vasitəçiliyi Fonduna köçürülməklə təmin edilir.
Xatırladaq ki, Rusiya aktivləri hesabına qaytarılması şərtilə Ukraynaya ümumi məbləği 50 milyard dollar olan kreditin ayrılmasına dair qərarı oktyabr ayında G7 liderləri qəbul ediblər.
GUNDEMXEBER,AZ
25-10-2024, 16:42
28-11-2024, 18:17
11-12-2024, 23:51
14-06-2024, 12:12
8-06-2016, 12:37
Sorğu
Yeni dizaynımız necədir?