Ötən ay Azərbaycana xarici ölkələrdən 1 445 ton kərə yağı idxal olunub.
GUNDEMXEBER.AZ açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,96 dollar (11,8 manat) olub. Qeyd edək ki, ötən ilin eyni dövründə 1 022 ton kərə yağı idxal edilib və 1 kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, idxal olunan kərə yağının gömrük dəyəri ötən bir il ərzində 31% və ya 2,8 manat artıb. Onu da bildirək ki, ötən ilin yanvar ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,5 manat olduğu halda, ilin sonunda – dekabr ayında 22,4 manata yüksəlib.
Sorğu
Yeni dizaynımız necədir?