"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və bir trua unsiyası üçün 3 550 dollardan yuxarı qalxıb. Gundemxeber.az xarici mediaya istinadən xəbərinə görə, bu barədə ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 6:48-ə olan məlumata görə, qiymətli metalın qiyməti bir trua unsiyası üçün 3 550.2 dollar (+ 0.97%) təşkil edib. Cəmi beş dəqiqədən sonra qızılın qiymət artımı bir unsiya üçün 3 430.3 dollara qədər azalıb (+ 0.4%).
Bakı vaxtı ilə saat 7:02-də isə qızılın qiymət artımı sürətlənib və bir trua unsiyası üçün 3 552.4 dollar (+ 1.03%) təşkil edir.
Sorğu
Yeni dizaynımız necədir?